Razi Nurullayev:"Çox möhtəşəm qurultay keçirəcəyik"
Siyaset
Oxunub: 1 234
6 okt 2015 | 11:44
AXCP-nin Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsi (EQTK) partiyanın Əli Kərimli qanadının keçirdiyi 27 sentyabr tarixli qurultayla bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb. Səbəb kimi, EQTK Ə.Kərimlinin bir il ərzində qeyri-legitim şəkildə sədr olmasını göstərib.
Razi Nurullayev:"Çox möhtəşəm qurultay keçirəcəyik"
Hazırda ciddi şəkildə 18 oktyabrda keçiriləcək qurultaylarına hazırlaşan R.Nurullayev “Yeni Müsavat”a açıqlamasında müraciət etmələrinin səbəblərini açıqladı: "AXCP uğrunda iki tərəf arasında mücadilə gedirsə, tərəflər haqlı olduqlarını sübuta yetirməlidir. Biz də bu haqqımızdan istifadə edərək, Ədliyyə Nazirliyinə müraciət etmişik ki, Əli Kərimlinin keçirdiyi qurultay ciddi şəkildə yoxlanılsın. Bizə məlumat verildi ki, ora gələn qurultay nümayəndələri müxtəlif yollarla cəlb olunublar. Qurultaya çox adam yığmaq olar.
Amma hər şey hüquqa əsaslanmalıdır. Partiya nizamnaməsinə görə, 4 ildən bir sədr seçkiləri olmalıdır. Bu baxımdan Əli Kərimlinin son bir ildəki sədrlik fəaliyyəti qeyri-legitimdir. Ədliyyə Nazirliyinin cavabını gözləyirik. Biz qurultayımıza Ədliyyə Nazirliyinin nümayəndələrini də dəvət etmişik. Bütün qaydalara uyğun qurultay keçirəcəyik. Nazirliyin nə zamana qədər cavab verməli olduğunu hüquqşünaslar yaxşı bilirlər. Açığı, qurultayımıza qədər nazirliyin bu barədə açıqlama verməsini gözləyirəm".
EQTK sədri qurultay hazırlıqlarından danışdı: "Hazırlığımız yüksək səviyyədə keçir. Azərbaycan tarixində çox möhtəşəm, yaddaşlarda qalan bir qurultay keçirəcəyik. Son ana qədər konfranslarımız davam edəcək. Daha çox rayonları əhatə etmək istəyirik. Düşünürəm ki, konfrans keçirilən rayonların sayını 50-nin üzərinə qaldıra biləcəyik. Heç bir halda əvvəlcədən hansısa nəticəni söyləmək mümkün deyil. Kərimli qanadının möhtəşəm qurultay barədəki fikirləri sadəcə gülüş doğurur. Kimin əsl AXCP olduğu müəyyənləşəcək. Bir məsələdə əminəm. İnanıram ki, hüququ təmsilçilik bizdə olacaq. Buna çox ciddi inanırıq. İstənilən halda AXCP adına dəyişiklik etmək niyyətimiz yoxdur. Başqa bir təşkilat yaratmaq planımız da yoxdur. Əsl AXCP bizik".

R.Nurullayev Milli Şuranın üzvü Eldəniz Quliyevin ona və tərəfdarlarına təhqir yağdırmasına da toxunaraq, artıq hüquq çərçivəsində hərəkət etməyə məcbur edildiyini söylədi: “Əli Kərimlinin tərəfdarlarının və sınıq-salpaq orbiti ətrafında fırlananların tərbiyəsi, işlətdikləri ifadələr səbr kasamı doldurub. Bunu xüsusi qeyd edirəm ki, düşünsünlər. Eldəniz Quliyev adlı bir avantürist şəxsin küçə söyüşləri ilə təhqir etməsi, dostlarımı aşağılaması, artıq ”ağ etmək" anlamına gəlir. O, ziyalı deyil, ona ziyalı deməyə ağzıma heyfim gəlir. Bu adam mövcud hüquqi, mənəvi sərhədləri keçib. Bununla belə, Kərimlinin bir metrliyində fırlanan insanlar, cangüdənləri, söz aparıb gətirənlərinin hər biri bütün mənəvi hüdudları keçiblər. Mən hüquqi addımlar yolunu atmağı özümdə saxlayıram. Çox ciddi düşüncələr içərisindəyəm. Eldəniz Quliyev atamı, anamı təhqir edib. Onun şəxsi inboxda yazdığını paylaşıb-paylaşmamaqla bağlı düşüncələr içərisində qalmışam. Düşünürdüm ki, bəlkə bu adam düzələr.
Amma nəinki düzəlir, günü-gündən geri gedir. Mədəniyyətsiz, səviyyəsiz, tərbiyəsiz hala gəlib. Bu adam elə ifadələr işlədir ki, keçmişdə ata-babalarımız bu ifadələrə görə ya ölürdülər, ya da kimisə öldürürdülər. Hüquqi dövlətdə yaşadığımıza görə bu gün susmağa məcburam. Belə insanlar bu cür addımlar atmaqla, digər insanları da fəlakətə sürükləyirlər. İnsanların ana-bacısını, ata-anasını təhqir etmək artıq son həddir. Buna görə ciddi maddələr var. Bütün bunlar birbaşa Əli Kərimlinin göstərişi ilə həyata keçirilir.
Şeytan obrazına girərək, çox murdar, həyasızcasına təhqirlərə yol verirlər. Əlimdə olan faktları toplamışam. Bununla bağlı addım atsam, arxasından çəkilməyəcəm. Heç bir zaman onların əfv olunmasına, onlarla barışmağa çalışmaram. Bilirəm ki, əlimdəki faktları ortaya qoysam, onları həbsdən heç kəs azad edə bilməz. Onlar yaramazdır.
Bu cür insanların yeri həbsxanadır. Hazırda ailədən aldığım tərbiyəm bu addımı atmağa imkan vermir. Onlar ciddi ictimai qınağa məruz qalmalıdırlar. Onların üzünə tüpürmək lazımdır. İctimaiyyətdən layiq olduqları cəzanı almalıdırlar. Bu cür şərəfsizlik etməyin heç bir hüdudu yoxdur. Belə insanlar cəmiyyətdən təcrid olunmalıdırlar. Çünki bu insanlar cəmiyyətə murdarlıq, şərəfsizlik, mədəniyyətsizlik, fahişəlik təbliğ edirlər".

Cebhe.info
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB