Ölkədə bir neçə ogurluq faktı aşkarlanıb
Kriminal
Oxunub: 1 778
7 okt 2015 | 15:33
Ölkədə bir neçə ogurluq faktı aşkarlanıb Mərc oyunlarında uduzan Qazax sakini kirayə qaldığı evin sahibindən pul və qızıl oğurlayıb. Abşeronda isə mənzillərə qənim kəsilənlər tutulub. Bakıda da oğurluq hadisəsi baş verib. Bu dəfə yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarını oğurlayanlar saxlanılıb.
Masazır qəsəbə sakini Gülnar Muradova Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 2250 manat nağd pulunun oğurlanması barədə əlumat verib. Əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini 39 yaşlı Rəmzi Əliyevi saxlayıb. Qeyd edək ki, Gülnar Muradovanın həyətindəki evdə kirayə yaşayan Rəmzi Əliyev 3 il bundan əvvəl mərc oyunlarında 3 min manat uduzandan sonra çıxış yolunu oğurluq etməkdə görüb.
Abşeron rayonunun Qobu qəsəbəsində də analoji fakt qeydə alınıb. Əslən İmişli rayonundan olan Mustafa Mustafayevin fərdi yaşayış evindən oğurluq olub. Yaxınları ilə görüşmək üçün İmişli rayonuna getdiyi müddətdə onun kasıb komasına da tamah salan tapılıb. Səhər saatlarında qardaşının verdiyi xəbərlə Mustafa Mustafayev Qobuya qayıtmalı olub. Dərhal Abşeron RPİ-yə müraciət edib. Dəymiş ziyanın böyük hissəsini evindən götürülən 40 min Rusiya rublu təşkil edib.

Bakıda isə Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı İmişli sakini, əvvəllər məhkum olunan Müşfiq Həsənov və Bərdə sakini Ülfan Alıyev saxlanılıb. İlkin dindirmə zamanı onlar cinayət törədərkən Muşfiq Həsənovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

kepeztv.az

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi