Dəhşət: Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı
Hadise
Oxunub: 4 184
28 noy 2015 | 10:34
Dəhşət: Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı









Rusiyada dəhşətli hadisə baş verib. Azərbaycanlı ailənin xanımı əvvəl iki azyaşlı övladını sonra özünü pəncərədən atıb

Azerinfo.az Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, hadisə İrkutsk vilayətində qeydə alınıb. Əslən Azərbaycandan olan, lakin İrkutskda yaşayan ailənin başçısı səhər saatlarında şəhərdə fəaliyyət göstərən kafesinə gedib. Bir saatdan sonra ona təcili evə gəlməsi barədə xəbər verilib. Məlum olub ki, qonşular iki azyaşlı uşağı olan qadının qışqırıq səsini eşidiblər və polisə xəbər veriblər. Polis isə evə gəldikdə heç bir problem olmayıb. Həmin vaxt evə gələn ailə başçısı da həyat yoldaşını sakitləşdirib və o, da yenidən işinə qayıdıb.

Axşam işdən evə qayıdanda isə kişi, həyat yoldaşının həyətdə qarın içində cansız cəsədini görüb. Məlum olub ki, onun 32 yaşlı həyat yoldaşı əvvəl 4 və 2 yaşlı övladlarını, sonra isə özünü binanın 7-ci mərtəbəsindən atıb. Ana yerindəcə dünyasını dəyişib. Xəstəxanaya aparılan uşaqlardan balacasının həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı uşaq isə həyatla ölüm-dirim mübarizəsi aparır.

Hələlik ananın bu gözlənilməz addımın səbəbi sirr olaraq qalır. Artıq qərara alınıb ki, dəfn mərasimi Azərbaycanda keçiriləcək. Ölən qadın və əri 2011-ci ildə Azərbaycanda ailə qurub və toydan sonra İrkutska köçüblər.

Faktla bağlı artıq cinayət işi açılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları ailənin maddi cəhətdən heç bir problemi olmadığını, ona görə də hadisənin maddi cəhətdən çətinliklər səbəbindən baş vermədiyini bildiriblər.

Vəziyyəti şərh edən psixoloq isə bildirib ki, qadının kəskin psixi problemləri olub. Ehtimal edilir ki, hadisə məhz bu səbəbdən baş verib.

Ailə başçısının dostu isə bildirib ki, ailə başçısı baş verənlərdən sarsıntı keçirdiyindən , 2 yaşlı övladının öldüyündən hələ də xəbəri yoxdur.(anspress)

Dəhşət: Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı
Dəhşət: Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO