Macarıstan Azərbaycana 200 milyon dollar kredit ayırdı
Iqtisadiyyat
Oxunub: 996
6 mar 2016 | 19:07
Bu vəsait iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq

Macarıstan rəhbərliyi Azərbaycana “Eximbank” vasitəsi ilə 200 milyon dollar həcmində kredit xətti açıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən biznes-forum çərçivəsində açıqlama edib. "Biz iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atmışıq. Macarıstanın "Eximbank"ı tərəfindən biznes əlaqələrinin inkişafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq", - deyə P. Siyarto bildirib. O həmçinin əlavə edib ki, informasiya texnologiyaları sahəsi iki tərəfli əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartodan Azərbaycana ayrılan 200 milyon kredit açıqlaması.

Nazir həmçinin Macarıstanın, Azərbaycanda ödənişli yollar sisteminin inkişafında əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Siyarto həmçinin kənd təsərrüfatı sahəsinə diqqət çəkib və deyib ki, Macarıstan Azərbaycana iri buynuzlu mal-qara ixrac etməklə yanaşı həmçinin bu sahəyə investisiya yatırmağa hazırdır.

Nazir infrastruktur tikintisində də əməkdaşlığın müzakirə edilməsini zəruri hesab edir. Onun sözlərinə görə, hazırda Azərbaycanda tikilən körpülər və yollarda macar şirkətləri də iştirak edir və gələcəkdə bu əməkdaşlığı genişləndirmək olar.
Siyarto həmçinin əczaçılıq sahəsindən də danışıb. O bildirib ki, əczaçılıq Macarıstan iqtisadiyyatının aparıcı sahəsidir və hazırda Azərbaycan rəhbərliyi və Macarıstanın “Rixter” şirkəti ilə Azərbaycanda əczaçılıq sahəsinin tənzimlənməsinə dair danışıqlar aparılır.

Biznes-forum Macarıstanın baş naziri Viktor Orbanın Bakıya səfəri çərçivəsində keçirilir. Biznes-forumda 50-dən çox macar şirkətinin nümayəndəsi iştirak edir. Onlar arasında kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji mənbələri, sənayə malları və avadanlıq istehsalı, turizm, yüngül sənayə, aviasiya, konsaltinq və s. sahələr üzrə ixtisaslaşan şirkətlər var.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ