Mehriban Əliyeva öz sözünü dedi
Iqtisadiyyat
Oxunub: 2 070
6 mar 2016 | 12:19
Mehriban Əliyeva öz sözünü dedi











“Məni Macarıstan dövlətinin yüksək mükafatı ilə təltif etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənim üçün böyük şərəfdir ki, fəaliyyətim bizə dost olan ölkədə - Macarıstanda belə yüksək qiymətləndirilib”

Bu sözləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunma mərasimində bildirib.

Birinci xanım çıxışında qeyd edib: “Azərbaycan ilə Macarıstanı qarşılıqlı dəstək, hörmətə əsaslanan dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bağlayır. Ölkələrimiz bir çox sahələrdə sıx əlaqələr qurub. Mən əminəm ki, Sizin ölkəmizə səfəriniz bu əlaqələrin möhkəmlənməsində öz mühüm rolunu oynayacaq.

Mən çox xoşbəxtəm ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə öz töhfəsini verir. Fond təhsil, sosial, səhiyyə sahələrində layihələr həyata keçirir. Humanitar sahədə həyata keçirilən layihələr, əminəm ki, insanları, xalqları bir-birinə daha dərindən tanıdır və daha yaxşı anladır.

Siz, cənab Baş nazir, dinlərarası münasibətlərlə bağlı tamamilə düz söylədiniz, bizim fəlsəfəmiz ondan ibarətdir ki, hər bir xalq, hər bir insan öz dilinə, tarixinə, mədəniyyətinə hörmətlə yanaşırsa, bütün dünyanın dini və mədəni müxtəlifliyini həmin şəkildə qəbul etməlidir.

Bu gün mənə verdiyiniz mükafatı mən, eyni zamanda, bu əməkdaşlığa verilən yüksək qiymət kimi qəbul edirəm. Ümidvaram ki, cənab Baş nazir, Sizin və cənab Prezident, Sizin köməyinizlə bu əməkdaşlıq gələcəkdə davam edəcək. Mənim üçün xüsusi şərəfdir ki, bu mükafatı mənə şəxsən Siz təqdim edirsiniz.

Siz ölkənizdə öz prinsipial siyasətinizlə, xalqınızın maraqlarını hər şeydən üstün tutmaqla böyük dəstək və hörmət qazanmısınız. Azərbaycanda isə Sizi ölkəmizin yaxşı və böyük dostu kimi tanıyırlar.

Mənim fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm, Sizə gələcək uğurlar arzulayıram. Macarıstan xalqına dərin hörmətimi və məhəbbətimi bildirir, ona sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO