7-03-2016, 12:48 Oxunub: 502

SOCAR prezidenti: Azərbaycan qazı Gürcüstana əlverişli qiymətə satıb

SOCAR prezidenti: Azərbaycan qazı Gürcüstana əlverişli qiymətə satıb












“Bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq”

Gürcüstanla Azərbaycan arasında qaz danışıqları başa çatıb və bu ölkəni 2030-cu ilə kimi təbii qazla təmin etmək barədə saziş imzalanıb.

Bu barədə ANS TV-nin “Hesabat” verişində Mir Şahinin qonağı olmuş Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev Azərbaycanın qazı Gürcüstana çox əlverişli qiymətə satdığını bildirib:

“İndi Avropada qazın qiyməti o qədər aşağı düşüb ki, bizim qiymətlər bundan çox yuxarıdır”.

“Gürcüstan bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq. Biz orada möhkəmlənməliyik”, - deyə SOCAR prezidenti bildirib.

Qeyd edək ki, Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında imzalanan müqavilələrdən sonra Gürcüstana ümumilikdə ildə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək.
SOCAR: Heç bir layihə dayanmayıb SOCAR: Heç bir layihə dayanmayıb Iqtisadiyyat SOCAR Gürcüstandakı 700 milyonluq layihəsinin dayandırılması barədə SOCAR Gürcüstandakı 700 milyonluq layihəsinin dayandırılması barədə Iqtisadiyyat Gürcü nazir SOCAR-ın 700 milyonluq layihəsinin dayandırılmasının səbəblərini açıqladı Gürcü nazir SOCAR-ın 700 milyonluq layihəsinin dayandırılmasının səbəblərini açıqladı Iqtisadiyyat SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi SOCAR Gürcüstanda qazın qiymətini artırmaqdan imtina etdi Iqtisadiyyat SOCAR və İran müqavilə imzaladı SOCAR və İran müqavilə imzaladı Iqtisadiyyat