Əmanətlərin tam sığortalanması: Məqsəd və səmərəsi – RƏY
Iqtisadiyyat
Oxunub: 924
8 mar 2016 | 10:36
Əmanətlərin tam sığortalanması: Məqsəd və səmərəsi – RƏY










Bu istiqamətində atılan ən üstün və vacib qərardır

Ölkədə bankların fəaliyyətini sağlamlaşdırmaq, o cümlədən əhalinin onlara inamını, habelə, manatın da ötən il ərzində hər iki devalvasiya nəticəsində itirdiyi mövqeyini bərpa etmək üçün əmanətləri tam olaraq sığortalamaq, həmçinin faiz gəlirlərini də vergidən azad etmək, şübhəsiz ki, vacib idi və bu, həyata keçirilməsi tələb olunan tədbirlərdən sayılır.

Beləliklə, Prezidentin 19 yanvar 2016-cı il tarixində imzaladığı və 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanununa əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq tamamilə sığortalanacaq.

Ancaq bir cəhət vardır ki, bundan sonra əmanəti xarici valyuta ilə yerləşdirmək əvvəlki kimi, hətta ondan da artıq etibarlı sayılsa da, sərfəli xarakter daşımayacaq, manatla isə nisbətən cəlbedici olacaq.

Sözümüz bunda deyil.

Sual yaranır: sözügedən addımı, ümumiyyətlə, ilk növbədə hansı aspektdən müsbət dəyərləndirmək daha düzgün olar?

Əmanətlərin tam olaraq sığortalanması ilk növbədə birmənalı olaraq ölkədə məhz dollarizasiya əleyhinə yönələn tədbir kimi xarakterizə oluna bilər. Belə ki, bu prosesin maksimum səviyyəyədək inkişaf etdiyi və çatdığı məlum məsələdir. Bu, özünü banklarda əmanətlərin strukturunda əyani göstərir. Əhalinin banklardakı əmanətlərin demək olar 80%-dən çox hissəsi ABŞ dolları ilə təşkil edir ki, bu da həm devalvasiyadan sonra, həm də əvvəl yerləşdirilmiş vəsaitlərin dolların xeyrinə olması və yaxud da məhz dəyişdirilməsi hesabına baş verib.

Məlumat üçün qeyd edək ki, banklarda 1 yanvar 2016-cı il tarixinə fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyard 473 milyon 900 min manat təşkil edirdi ki, bunun da 8 milyard 053 milyon 700 min manatı məhz xarici valyutada olub.

Bu isə o deməkdir ki, ölkədə kredit təklifi də yalnız dollarladır, manatla borclanma, borcvermə isə tamamilə risk vəziyyətindədir. Bunu isə banklara əmanət cəlbinə dair mövcud mexanizmi nəzərdən keçirmədən və dəyişmədən heç bir başqa yolla aradan qaldırmaq mümkün deyil.

O səbəbdən ki, bankları manatla təmin etməli olan Mərkəzi Bank (AMB) da yaranmış situasiyada təəssüf ki, uçot dərəcəsini qaldırmaq məcburiyyətindədir. Elə AMB-in sonuncu dəfə 15 fevral 2016-cı il tarixdən uçot dərəcəsini 3%-dən 5%-ə qaldırmaq haqda qərarına dair də açıqlamasında da bildirilir ki, bu, milli valyutaya etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərini təkmilləşdirməyə şərait yaratmaq məqsədi ilə edilir.

Halbuki yaranmış vəziyyətdən çıxmaq məqsədilə nəzəri baxımdan əslində 2 yol var idi: birincisi, banklara əmanətlərin manatla yerləşdirilməsini stimullaşdırmaq və cəlbediciliyini artırmaq, ikinci isə onların kredit portfellərində manat kütləsini artırmaq...

Ancaq məsələ bundadır, sonuncu barədə qeyd edək ki, banklar tərəfdən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün AMB vəziyyətə, təbii ki, fəal müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərməli idi. Bunun başlıca yolunu isə mərkəzi kreditlərin həcmini artırmaq təşkil etdiyi məlum məsələ idi. O baxımdan ki, sözügedən qurum dövriyyədən yığdığı manatı məhz bu yolla geri qaytara bilərdi. Bunu isə yalnız, ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkün idi.

Amma, nə yazıq ki, vəziyyət başqadır.

Belə ki, məlum olduğu kimi uzun müddətdir dövriyyədə həm də manat kütləsi məhdudlaşdırılır. Ona görə ki, bu özü də dollarizasiya əleyhinə əlavə tədbir sayılır və bilavasitə manatı möhkəmləndirmək məqsədi daşıyır. Odur ki, bayaq da qeyd etdiyimiz kimi AMB istər-istəməz uçot dərəcəsini qaldırmalı idi və qaldırdı da... Demək, çıxış yolu qalırdı yalnız banklara əmanət cəlbində manatla yerləşdirməni stimullaşdırmaq və məhz bunda cəlbediciliyi artırmağa...

Əmanətləri tam olaraq sığortalamaq və bu zaman manatla yerləşdirilən vəsaitlər üzrə daha yüksək faiz dərəcəsinə qarant olmaq isə məhz bu qəbildən tədbirdir...

Əmanətlərin tam olaraq sığortalanmasının tədbiqində digər vacib bir məqam isə bank sektorunda radikal islahata bundan sonra bir müddət moratorium qoyulacağı ilə əlaqədar müvafiq nəticə verəcəyi gözləntisidir.

Belə ki, cari il başlanandan bəri, AMB tərəfdən bir sıra bankların lisenziyalarının əllərindən alınması, bəzilərinin isə birləşməyə sövq edilməsi tendensiyasının nəticəsi bir daha əyani olaraq sübut etdi ki, bu, heç də effektli yol deyil. Və faktiki, heç bir məqsədəuyğun xarakter daşımır. Əmanətlərin tam olaraq sığortalanması istiqamətində atılan addım isə bütün bunlardan ən üstün və vacib qərardır. Hansı ki, bunun səmərəsi qısa müddət ərzində özünü göstərəcək.

Ümumiyyətlə, bir cəhəti vurğulamaq yerinə düşər ki, əsas etibarı ilə əhalinin maraqlarını “əldə etməyə imkan yaradan” prinsiplərə söykənən addımlara meyl etmək və üstünlük vermək lazımdır. Yəni, bu cür qərarlar daha zəruridir, nəyinki qadağa və məhdudiyyətlər tətbiq edən... Bu baxımdan da fikrimcə, manatla yerləşdiriləcək əmanətlər üzrə sığortalanan faiz lap 15-18% də edilə bilərdi.

Çünki onsuz da söhbət, 2-3 illik müddətdən gedir...
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb