Bakıda böyük söküntü mənzil bazarına necə təsir edəcək? – RƏY
Iqtisadiyyat
Oxunub: 893
9 mar 2016 | 13:50
Bakıda böyük söküntü mənzil bazarına necə təsir edəcək? – RƏY










“Bu halda düşünmək olar ki, qiymətlərdə aktivlik yaranacaq”

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək.

Bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib.

Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sözsüz ki, hər hansı söküntü işləri bazara təsirsiz ötüşmür.

Bu məsələni daşınmaz əmlak bazarı üzrə mütəxəssislər ilə dəyərləndirib.

“Ümumiyyətlə, hər hansı bir söküntü baş verdikdə, bu daşınmaz əmlak bazarına, xüsusən də mövcud bazara təsiri böyük olur. Düzdür, bu qısa müddətdə olur, amma təsiri böyük olur. Bu baxımdan, yəqin ki, Nazirlər Kabinetinin qərarı bazara təsirsiz ötüşməyəcək. Amma hələ ki gözləmək lazımdır ki, verilən qərar nə vaxt həyata keçiriləcək. Amma bu gün, hələ ki, bazarda sakitlikdir. O sahədən bazara təsir hiss edilmir”, - deyə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Oxu.Az-a açıqlamasında bildirib.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə hesab edir ki, qərar 1 illik müddəti əhatə etsə idi, bu halda qiymətlərdə aktivlik müşahidə oluna bilərdi:

“Bu qərar 5 illik müddəti əhatə edir və həmin qərar təqribən 15 mindən bir qədər artıq mənzili əhatə edir. Hesab edirəm ki, 5 il ərzində 15 mindən artıq mənzilin sökülüb, yenisi ilə əvəzlənməsi bazarda ciddi bir dəyişikliyə gətirib çıxara bilməz.

Bu qərar 1 illik müddəti əhatə etsə idi, bu halda düşünmək olardı ki, bu bazara təsir edəcək və qiymətlərdə aktivlik yaradacaq”.

Xatırladaq ki, adları çəkilən rayonların İcra Hakimiyyəti orqanlarına söküntü işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Söküntü işləri 5 il müddətində icra olunacaq. Qərar ümumilikdə 15 857 mənzili əhatə edir.

Onu da əlavə edək ki, qərar fevralın 25-dən qüvvəyə minib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO