Bakıda manat BİABIRÇILIQ
Iqtisadiyyat
Oxunub: 1 021
22 mar 2016 | 00:45
Bakıda manat BİABIRÇILIQ








Bayram günləri Bakıya gəlmir on minlərlə turist özü ilə gətirdiyi xarici valyutanı manata çevirməkdə çətinlik çəkdi

ANS PRESS-ə edilən müraciətlərdən şəhərin qonaqları arasında iranlıların daha çox problemlə qarşılaşdığını anlamaq olur. Çünki Bakıya ən çox Təbriz və Tehrandan müşahidə edilirdi. "Biz iki saatdır 200 dolları manata çevirə bilmirik",- deyə İçərişəhərdən redaksiyaya zəng etmiş təbrizli ailə bildirmişdi.

Əslində, bu, gözlənilən idi. Çünki bank sektoru Novruz bayramı üçün iş qrafikində heç bir dəyişiklik etməmişdi. Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində həyata keçirilir ki, bayram günlərində onlar işləmir.

Bayram günlərində yalnız turizm xidməti göstərən obyektlərdə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Həm də bəzi bankların bəzi ofislərinin qarşısında qoyulmuş bankomatlara xarici valyuta qoyaraq onu manata çevirmək mümkündür.

Lakin Bakıya gələn əsas turist axını İrandan və Rusiyadan olduğuna görə, qonaq gələnlər turizm obyektlərində yox, evlərdə qalırlar. Ölkəyə əsasən avtomobildə daxil olduqlarından onlar bankların hava limanlarında və vağzallarda olan valytua-dəyişmə məntəqələrindən də istifadə edə bilmirlər. Onlar gətirdikləri xarici valyutanı adətən şəhər mərkəzində - tarix və mədəniyyət abidələrinin, əyləncə məkanlarının, teatrların və s.-in xidmətindən istifadə etmək üçün dəyişdirmək istəyirlər.

Bu zaman isə problemlə üzləşirlər. Çünki valyuta dəyişmə məntəqəsi tapa bilmirlər. Nəticədə, qara bazara üz tutmalı olurlar. ANS PRESS-ə daxil olan məlumatlara görə, bu vəziyyət bayram günlərində qara bazarda dolların məzənnəsinin rəsmi məzənnədən xeyli aşağı düşməsinə səbəb olub. Alverçilər dolları turistlərdən 1,45 manata satın alırlar. Amma rəsmi məzənnə 1,6 manata bərabər idi. Yəni alverçilər müştərini 1 dollarda 15 qəpiyə qədər aldadırlar.

Yaranmış vəziyyət əksəriyyətdə Bakıda bir neçə ay qabaq bağlanmış valyuta-dəyişmə məntəqələrinin bərpasının vacibliyi qənaətəni doğurur. Bu məsələdə qabaqcıl turizm ölkələrinin təcrübəsi də yada salınır. Məsələn, Türkiyədə minə yaxın müstəqil valyuta dəyişmə məntəqəsi var ki, onlar əsas ticarət istirahət mərkəzlərində əhaliyə xidmət göstərirlər.

Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, “İqtisadi forum” jurnalının rəhbəri Samir Əliyev müstəqil valyuta dəyişmə məntəqələrinin bərpasını məqsədə uyğun saymır: «Müstəqil valyuta dəyişmə məntəqələri də elə qara bazar kimidir. Onlara daxil olan valyutanın ölkə iqtisadiyyatına heç bir dəxli yoxdur. Amma banklara daxil olan valyuta istənilən halda iqtisadiyyatın kreditləşdirilməsinə yönəlir».

Lakin Samir Əliyev turistləri də unutmamağı vurğulayır: «Turistlərin Bakıya axını qeyri-neft sektorunun inkişafının çox vacib olduğu bu günlərdə həddindən önəmlidir. Bu probem türistlər üçün çətinlik yaradın 3 ən vacib məsələdən biridir. Buna görə də banklar növbətçi valyuta dəyişmə məntəqələrinin sayını artırmalıdırlar. Bu məsələdə turistlərin axın etdiyi istirahət və tarix-mədəniyyət mərkəzləri diqqətdə saxlanmalıdır».

Təbii ki, banklar bu məsələni özbaşına həll edə bilməyəcəklər. Mərkəzi Bank Azərbaycanın bütün turizm mərkəzlərini nəzərə alaraq bankların bütün sektoru əhatə etməsinin qeydinə qalmalıdır. Əks halda, Azərbaycan qeyri-neft sektorunun bu ən önəmli sahəsində uğur qazana bilməyəcək.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...