Asiya İnkişaf Bankından Azərbaycanla bağlı – PROQNOZ
Iqtisadiyyat
Oxunub: 883
30 mar 2016 | 11:38
Asiya İnkişaf Bankından Azərbaycanla bağlı – PROQNOZ












“Manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər”

Asiya İnkişaf Bankı (ADB) 2016-cı ildə Azərbaycanda ÜDM-in 1% azalacağını, neftin qiymətinin yenidən artması ilə isə 2017-ci ildə 1% artacağını proqnozlaşdırır.

Bu barədə ADB-nin açıqladığı proqnozlarda qeyd edilib.

Bankın analitikləri hesab edir ki, sosial xərclərin yüksək olması 2016-cı ildə Azərbaycanda iqtisadi aktivliyin zəiflməsinin qarşısını nisbətən alacaq.

Bankın proqnozuna görə, 2016-cı ildə yüksək inflyasiya real gəlirlərin azalmasına səbəb olacaq.

Bundan başqa, neft hasilatının azalması ilə bu il sənayenin həcmi kiçiləcək. Lakin 2017-ci ildə neftin qiyməti artarsa, vəziyyət bir qədər yaxşılaşa və gəlirlər arta bilər.

ADB-nin proqnozlarına görə, dövlət dəstəyi (investisiyaları) tikinti və aqrar sektorları canlandıra bilər.

“2016-cı ildə ixracın azalması, 2017-ci ildə isə neft qiymətlərinin artması fonunda ixrac gəlirlərinin artması gözlənilir. 2016-cı ildə inflyasiyanın 12%-ə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir.

2017-ci ildə inflyasiyanın 5,2%-dək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər.

Neft qiymətlərinin qeyri-müəyyən olması cari hesab üzrə gəlirlərə mənfi təsir edir və tədiyyə balansının ÜDM-in 0,6%-nə bərabər mənfi saldo ilə nəticələnməsi proqnozlaşdırılır.

2017-ci ildə neft qiymətlərinin gözlənilən artımı ilə ixrac gəlirlərinin 7% artacağı və bu səbəbdən cari hebab üzrə balansın ÜDM-in 1,5% həcmində müsbət saldo ilə nəticələnəcəyi proqnozlaşdırılır”, - deyə məlumatda bildirilir.
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ