Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib
Iqtisadiyyat
Oxunub: 780
4 may 2016 | 17:44
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilibBakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycanı tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” MMC-nin direkrotu Azad Qasımov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər. İclasda “Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə icraçı direktor Arman Sultanovun, “Ukrayna Dəmir Yolları” İSC-nin kommersiya departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyətləri, “Gürcüstan Dəmir Yolları” SC-nin yükdaşımalar üzrə direktoru Aleksi Nikolaişvili iştirak ediblər. İclasda həmçinin Aktau və Batumi limanlarının və Gürcüstanın “Trans Caucasus Terminals” şirkətinin rəhbərliyi iştirak edib.
Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər. Eyni zamanda iclasda aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olunub. İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.
Sabah isə Bakıda yeni yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun iclası keçiriləcək. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operatorları olan Azərbaycandan “ADY Express” MMC, Qazaxıstandan “KTZ Express” AC və Gürcüstandan “Trans Caucasus Terminals” şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak edəcək.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb