8-06-2016, 01:06

Manatımızla bağlı bəd xəbər - RƏSMİ

Manatımızla bağlı bəd xəbər - RƏSMİ











Milli valyuta ucuzlaşmaqda davam edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid ƏhmədovModern.az saytına manatın ucuzlaşmaqda davam edəcəyini deyib.

Deputat manatın Azərbaycan maliyyə bazarında öz həqiqi qiymətini tapmasının vacibliyini diqqətə çatdırıb:

“Manatın məzənnəsi hazırda müəyyən metodlarla qorunub saxlanırdı. Amma artıq başa düşürlər ki, manatın indiki məzənnəsinin qorunub saxlanması əlavə xərc deməkdir. Bundan başqa Federal Ehtiyatlar Sistemi (FED) Amerikada müəyyən qərarlar qəbul edib. Ola bilər ki, bu da ucuzlaşmaya təsirsiz ötüşməyib. Hesab edirəm ki, manat daxili bazarda öz qiymətini almalıdır. Əlavə vəsaiti real sektora sərf etmək lazımdır. Mənim fikrimcə manatın ucuzlaşması davam edəcək”.