Mütəxəssis: "Qərb bölgəsində üzümçülüyün inkişafı üçün böyük imkanlar var"
Iqtisadiyyat
Oxunub: 1 496
11 okt 2014 | 16:34
Mütəxəssis: "Qərb bölgəsində üzümçülüyün inkişafı üçün böyük imkanlar var"Gəncədə keçirilən şərab festivalının və gələcəkdə ölkə şərabçılığının inkişaf istiqamətləri, şərabçılqda baş verə biləcək yenilikləri ADAU-nun Bağçılıq kafedrasının müdiri Hüseyn İdrisov şərh etdi. Hüseyn İdrisov bildirdi ki, bu il Gəncədə baş tutan IV Beynəlxalq Gəncə Şərab Festivalı əvvəlki 3 il ərzində keçirilən festivaldan fərqli idi. İlk öncə burada edilmiş yeniliklər var idi, bu da şərabçılığın inkişafını sübut etmiş olur. İlk dəfə olaraq bu festival çərçivəsində dequstasiya mərhələsi oldu. Bu dequstasiya sovet dövründə təşkil edilən dequstasiyalardan fərqli idi. Belə ki, o dövrdə yalnız şəkərlilik, turşuluq və dad əsas götürülürdüsə bugün artıq başqa vacib məqamlara diqqət çəkilir. Bugün artıq üzümün şəkərlilik, turşuluq, dadla bərabər, ondan hansı şərabın alınması, qurudulması, bəhməz edilib edilə bilməyəcəyi və s. bu kimi araşdırmalar edildi. Bu festivalda yerli mütəxəssislərlə yanaşı İtaliya, Fransa, Almaniya, ABŞ-dan olan nümayəndələr də iştirak etdilər. Onlar ölkəmizdən yüksək təəssüratla ayrıldılar. Qeyd etmək istəyirəm ki, bugün ölkəmizdə yüksək ixtisaslı kadrlar yetişir. Bundan başqa bir məqama da diqqət çəkmək istəyirəm. Azərbaycan üzümlərinin dünyada məşhur olduğu hər kəsə məlumdur. Lakin ölkəmizə xaricdən yeni üzüm növləri də gətirilir. Bəzən olur ki, bu sortlar yerli iqlimə uyğunlaşmır, bəzənsə tam əksini görmüş oluruq. Yəni, üzüm burda əkildikdən sonra xəstəliyə yoluxmur, olduqca məhsuldar olur. İtaliyadan gətirilən üzüm sortları var ki, onlar üzərində hal-hazırda ADAU-nun professor və aspirantları tərəfindən araşdırma aparılır. Bundan başqa eyni ölkədən bizə muskat tipli üzüm gətirilmişdi ki, bu üzüm bizim iqlimdə tamamilə başqa formalı üzümə çevrilmişdi. Yaxın zamanda aspirantlarımız bir uğura imza atdılar. İtaliyada üzümdə noxudlama deyilən bir məfhum var, yəni gilələrin tam yetişməməsi nəzərdə tutulur burda, biz həmin üzümlərdən gətirib burda əkdik. Əkdiyimiz üzümlər təəccüb doğurdu. Belə ki, tam inkişaf edən və yüksək məhsul verən bu üzüm sortu yaxşı qulluğun və iqlimə tez adaptasiya olmağın nəticəsi kimi qiymətləndirildi. Ölkəmizə gətirilən üzüm sortları karantin müfəttişləri tərəfindən çox ciddi yoxlanılır və beləliklə xəstə olan və ya üzərində hansısa ziyanverici aşkarlanan sortlara qarşı ciddi tədbirlər görülülür.

Qeyd etmək istərdim ki, sovetlər dönəmində 2 milyon tona yaxın məhsul vermə gücü olan bağlar daha sonralar məhv edildi, yalnız Ulu öndər hakimiyyətə gəldikdən sonra onların bərpasına başlanıldı. Həmin torpaqlar sahibkarlara paylanıldı və beləliklə üzümçülüyün inkişafına ölkədə yenidən təkan verilmiş oldu. Qərb zonasının isə üzümçülüyün inkişafı, becərilməsi üçün ən münbit iqlimə və torpağa malik olması bir daha göz önünə sərildi. Son festivalda dequstasiya zamanı hər kəs, həm xaricdən gəlmiş, həm də yerli nümayəndələr məhz öz yerli sortlarımızın olduqca dadlı, ətirli, şirəli olmasını onlardan alınan şərabların isə olduqca yüksək keyfiyyətə malik olduqlarını bildirdilər. Lakin burada bir məqamı qeyd etmək istəyirəm ki, bəli, öz sortlarımız dadlıdır, amma onların məhsuldarlığı fərqlidir. Məhz məhsuldarlığı artırmaq və yeni sortları üzümçülüyə cəlb etmək üçün isə xaricdən gələn məhsullara da ehtiyacımız var. Bir şeyi nəzərə alaq ki, bir dövləti tanıdan onu prezidenti, məmurları deyil, bütöv xalqın özüdür. Əgər bugün biz üzümçülükdə bir nailiyyət əldə ediriksə bu bizim bu dövlət qarşısında ən böyük öhdəliyimizdir demək olar. Bugün xarici bazarlarda öz məhsulumuzu tanıtmaq üçün çoxlu məhsul istehsalına yox, keyfiyyətli və fərqlənən məhsul istehsalına üstünlük verməliyik. Əgər bir məhsulun alıcısı yoxdursa o zaman onun istehsalını da aparmaq düzgün deyil. Odur ki, şərablarımızın dünya bazarında öz alıcısını yalnız keyfiyyətlə tapacağını əminliklə deyə bilərik. Bugün ölkədə bir-biriylə rəqabət aparan üzüm bağları, şərab istehsalçıları var. Bu gözəl haldır. O mənada ki, rəqabətdə inkişaf var.

SSRi dövründə becərilən bağlar ekstensiv bağlar idi. Amma bugün sahibkarlarımız çalışırlar ki, az torpaqda bol məhsullu və keyfiyyətli üzüm yetişdirsinlər. Bundan başqa son zamanlar üzümçülük sürətlə inkişaf edir. Bir nüansı qeyd etmək istərdim ki, təkcə Tovuzda bu il 600 hektar bağ salınıb. Bu ölkədə bu sahəyə diqqət və əməyin nəticəsi kimi qiymətləndirilməldir. 2002-ci ildə Qəbələdə salınan üzüm bağlarından məhsul yığımında cənab prezident özü də iştirak edib. Üzümçülüyün inkişafı barədə ölkədə neçə dəfə dövlət proqramı qəbul olunub. Ölkədə qarşıya qoyulan məqsədlərdən biri hektardan məhsuldarlığı 98-100 sentnərə çatdırmaqdır. Müəyyən sahibkarlarımız var ki, onlar artıq bunu əldə ediblər. Bu nəticəyə çatmaq təbii ki, mümkündür, lakin bir nüansı daim diqqət mərkəzində saxlayırıq, bu isə dadlı və keyfiyyətli sortlar əldə etməkdən ibarətdir. Bu festivalda Mədrəsə deyilən üzüm sortunun şərabı dequstasiya edildi. Nəticə əlbəttə ki, ürəkaçan oldu. Belə ki, şərabdan dadan qonaqlar onun bu ilki üzüm sortundan olduğuna inanmaqda çətinlik çəkdilər. Bu isə hazırlanan şərabın yüksək keyfiyyət və dadından xəbər verir.

Keçən il Gəncə- Qazax bölgəsində 4330 hektar üzüm bağları vardı. Bu il isə bu artıq 4900 hektar təşkil edir ki, biz bura xırda təsərrüfatları daxil etmədən deyirik. Keçən ilin bugünü ilə müqayisə etsək deyə bilərik ki, bugün məhsuldarlıqda da 5% artım var. Bu isə istəkdən yox, tələbatdan irəli gəlir. Son olaraq onu qeyd etmək istərdim ki, üzümçülüyün inkişafı üçün Qərb bölgəsində böyük imkanlar var və bundan qorxmadan, çəkinmədən istifadə etmək lazımdır.

http://kepeztv.az
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...