Manatı necə xilas etmək olar?
Iqtisadiyyat
Oxunub: 1 619
3 iy 2016 | 20:50
Manatı necə xilas etmək olar?









"Artıq bir aydır ki manat dollara nisbətən davamlı dəyər itirməkdədir. Hələlik, Mərkəzi Bank prosesə tam müdaxilə etmir və hərraclarda dolların möhkəmlənməsi prosesinin qarşısını almaq istiqamətdə addımlar atmır".

Azerinfo.az zaman.az-a istinadən bildirir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Bildirib ki, dolların manata nisbətən son bir ayda möhkəmlənməsi fonunda yalnız biznesin deyil, eyni zamanda əhalinin də xarici valyutalara tələbi artmaqdadır: "Bu baxımdan, son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər".

Vüqar Bayramov manatın ucuzlaşmasının qarşısını almaq üçün 4 yol təklif edib.
1. Hərraclarda dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi, həmçinin, satışa çıxarılan valyutanın həcminin az olması ilə bağlıdır. Hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində paylaşdırılır. Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir. Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə aksiona qoşulur. Bu isə o deməkdir ki, indiki məqamda Mərkəzi Bankı bazara intervensiya etməklə bazarın dollar olan tələbini azalda bilər. Növbəti hərraclarda Mərkəzi Bankin hərraca satıcı qismində çıxıb birinci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır. Əks halda, Mərkəzi Bankın "valyuta ehtiyatları yoxsa məzənnə" arasında seçimdə tərəddüdü dolların möhkəmlənməsinin davam etməsinə səbəb olacaq.

2. Mərkəzi Bankın intervensiyasından sonra məzənnə marjının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməlidir. Valyuta bazarında mövcud məzənnə siyasətinin liberal üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkün deyil. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, Mərkəzi Bankı tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir;

3. Kommersiya bankların dollar sifarişi ilə xarici valyuta satışı arasındakı korrelasiyanın monitorinq edilməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər;

4. Mərkəzi Banka inamın artırılması istiqamətində islahatların aparılmasına ehtiyac var. Milli valyutaya inam Mərkəzi Bankın güvənin formalaşmasından keçdiyi üçün baş bank ilə bağlı institutsional və kadr islahatlarının aparılması məqsədə uyğundur.
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO