Azərbaycanda Şok qadağa
Iqtisadiyyat
Oxunub: 3 582
8 avq 2016 | 04:34
Azərbaycanda Şok qadağa









“NBC Bank” minlərlə müştərisinin ölkədən çıxışına QANUNSUZ qadağa qoydurdu

Bank kredit borcunu ödəyə bilməyən müştəriləri polisə verib. “NBCBank” kredit ödənişini gecikdirən müştərilərlə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Antikollektor”un rəhbəri, hüquqşünas Əkrəm Həsənov Qaynarinfo.Az saytına məlumat verib. Hüquqşünas bildirib ki, yaxın mənbələrə görə, artıq kredit borclarını ödəyə bilməyən müştərilər polis idarələrinə çağırılır.

Əkrəm Həsənov onu da qeyd etdi ki, kredit borclarına görə bank polis idarəsinə deyil, məhkəməyə müraciət etməlidir: “İlkin olaraq, adı çəkilən bank məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarı nə olursa-olsun, heç bir halda kredit borcu olan şəxslər barədə polisə şikayət etmək hüquqi baxımdan doğru deyil.”

Məsələ ilə bağlı “NBCBank”la əlaqə saxladıq. Bankın nümayəndəsi Leyla Dərgahova bildirdi ki, bu yalnış xəbərdir: “Kredit borcu olan şəxslərlə bağlı lazımı tədbirlər görülür.”

Onu da qeyd edək ki, “NBCBank”ın problemli kreditlərlə bağlı polisə mürəciət etməsi xəbəri son iki gün ərzində müxtəlif mənbələrdən saytımıza daxil olub. Məsələni diqqətdə saxlayacağıq.

Yenicag.az-a daxil olan məlumatda isə bildirilir ki, bank təxminən iki mindən çox müştərisini polisə şikayət edib. Bu borclular arasında 100 manat borcu qalanlar belə var. Məhkəməyə deyil, məhz polisə üz tutaraq, hüquqa qarşı münasibətini sərgiləyən “NBC Bank” rəhbərliyinin bunu bağlı olduğu “NURGÜN HOLDİNG”in prezidenti Nuru Əhmədovun təlimatı ilə atdığı ehtimal olunur. Belə ki, müştərilərinin bir çoxu iş adamı olan bank gecikməsi olan həmin insanların ölkədən çıxışlarına da qadağa qoydurub. Bu barədə qanunsuz əmrlə bağlı bank rəhbərliyinin verdiyi məktub da redaksiyamıza təqdim olunub. Araşdırmalarımız davam etdiyindən həmin məktubu növbəti yazılarımızda açıqlayacağıq. Lakin bank müştəriləri bildirirlər ki, “NBC Bank”ın “lazımi tədbir”i heç də məhkəməyə müraciət deyil. Vaxtilə, AXCP sədri Əli Kərimlinin sürdüyü maşının markasının distürbutoru olan “NURGÜN HOLDİNG”in şefi Nuru Əliyevin Elçibəy dönəmində necə sıravi məmurluqdan “milli burjuaziya”ya çevrilməsindən monopolistə çevrilməsinə qədər bütün detayları bizdən oxuyacaqsınız…

Qeyd: 21 min kredit ödəmiş müştərisini 285 manata görə, məhkəmə qərarı olmadan, xəbərdarlıq etmədən sırf qanunsuz yolla ölkədən çıxışına qadağa qoyan və on minlərlə manat zərbə vuran “NBC Bank”dan şikayətçi olanların hamısını yenicagqazeti@gmail.com elektron ünvanına problemlərini yazması xahiş olunur.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi