Hökümətdən əhaliyə bəd xəbər
Iqtisadiyyat
Oxunub: 3 278
25 avq 2016 | 20:49
Hökümətdən əhaliyə bəd xəbər









"Hökumət üzən məzənnədən imtina edəcək" - İqtisadçı ekspert

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 26-na rəsmi məzənnəsini 1,6280 AZN/USD səviyyəsində müəyyən edib. Bu, məzənnənin 0,22% artması deməkdir.
Üstəlik, bəzi bankların dolların satışını dayandırması, qara bazarı canlandırıb. Avqustun 25-də dollar qara bazarda 1,70 AZN-ə satılıb.

Qaynarinfo.Az bununla bağlı iqtisadçı ekspert Qadir İbrahimlidən müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Dolların rəsmi məzənnəsi qalxır. Üstəlik, banklar dollar satmaqdan imtina edir və qara bazar canlanır. Səbəb nədir?

- Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, Azərbaycanın xarici dövriyyəsində yanvar-iyul aylarının nəticələrinə görə 1 milyard dollarlıq mənfi saldo yaranıb. Bu o deməkdir ki, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyib. Subyektiv səbəb isə odur ki, müəyyən maliyyə qrupları dollar qıtlığından istifadə edərək, qara bazarı canlandırmaq istəyir. Ona görə süni ajiotaj yaradılır. Bildiyiniz kimi, bir qədər əvvəl Mərkəzi Bankın qərarı ilə valyuta dəyişmə məntəqələri ləğv edildi . Dolların ancaq banklardan satışına icazə verildi. Indi bu daha da məhdudlaşdırılıb, bəzi banklar dollar satmaqdan imtina edirlər və alternativ bazar yaranır. Əslində bu qara bazar da həmin bankların nəzarətində olan bazardır. Ikinci tərəfdən isə ölkənin neft gəlirlərinin kəskin azalması hökuməti məcbur edir ki, daha kəskin devalvasiyaya getsin. Bəzi mənbələrin bildirdiyinə görə, artıq yaxın bir həftəyə növbəti devalvasiyaya hazırlıq görülür . Yaxın günlərdə çox mümkündür ki, bu, elan edilsin. İlk devalvasiyası ərəfəsində də həmin situasiya yaranmışdı. Bu proses hər devalvasiya ərəfəsində baş verir.
- Sizcə, indiki halda hökumət hansı addımları atmalıdır?

- Hökumətin bu dəqiqə konkret addım atmaq fikri yoxdur. Çünki situasiyaya hazır deyil. Hələ ki, Azərbaycanın valyuta bazarında şok terapiyası həyata keçirilir. Bunun da mahiyyəti radikal üsullarla problemin həllinə nail olmaqdır. Təəssüf ki, bu üsullar aztəminatlı əhaliin vəziyyətinin daha da pisləşməsinə, onların daha da yoxsullaşmasına gətirib çıxarır.

- Belə başa düşdük ki, qiymətlər bir də qalxacaq...

- Bəli, əgər kəskin devalvasiya baş versə, hökumət üzən məzənnə siyasətindən imtina etsə, ölkəyə idxal olunan malların qiymətində artım baş verəcək. Bu isə əhalinin güzəranında öz sözünü deyəcək. Yaşayış daha da çətinləşəcək.
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR