Dollar krediti olanlara pis xəbər
Iqtisadiyyat
Oxunub: 963
6 sen 2016 | 06:27
Dollar krediti olanlara pis xəbər









"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".

Bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi ("legal tender”) olması prinsipinə ziddir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində deyilir: "Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.

Qanunu pozaraq bank ödənişi qəbul etmirsə, borclu nə edə bilər?
Əvvəla, Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər.

Eyni zamanda borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər (və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir). Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.

Sadəcə bu halda "Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır. Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Məsələn, tutaq ki, krediti bankın Gəncə filialında alsa belə, manatla ödəmək istədiyi pulu bankın Quba filialına yaxın notariusun depozit hesabına da qoya bilər.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)