Balina piyi Bakıda necə “kərə yağı” olur... - ŞOK MƏLUMAT
Iqtisadiyyat
Oxunub: 1 084
30 sen 2016 | 10:15
Balina piyi Bakıda necə “kərə yağı” olur... - ŞOK MƏLUMAT














"Moskva" və ya "Rusiya" yazılır. Təbii ki, 3 manata satılan yağların doğrudan da Rusiya istehsalı olması inandırıcı deyil. Çünki satışda olan qiymət yağın heç Azərbaycana idxalına çəkilən xərci ödəmir. Ümumiyyətlə, Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.

Mağazalarda kərə yağlarının qiymətləri ilə tanış olmaq, həmçinin əhalinin daha çox hansı kərə yağlarına üstünlük verdiyini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Mağazalarda istənilən qiymətə kərə yağı tapmaq mümkündür. Ən ucuz kərə yağları 3 manata satılır. Bu yağların Rusiya istehsalı olduğu deyilsə də, mağazalarda bunu təsdiq edəcək heç bir yazıya, sertifikata rast gəlmədik. Bir çox yağların üzərinə rus adları yazmaqla istehlakçıları yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışsalar da, yağın üzərindəki çox kiçik hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda yağın əslində Azərbaycan istehsalı olduğu anlaşılır. Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətri alınır. Apardığımız sorğu zamanı məlum oldu ki, əhalinin daha çox üstünlük verdiyi kərə yağları "Ankor" və "Vestgold" yağlarıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yağların içinə balina yağı və heyvanların iç piyinin qatıldığını dedi: "Çox təəssüf ki, ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən "Toplyonoye maslo", "Novvejskoye maslo" olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli "Fazil" firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Kərə yağı ilə bağlı bu çətinlik məni beynəlxalq konfransa gedən zaman Yeni Zelandiyadan Azərbaycana gətirilən kərə yağı zavodunda olmağa məcbur etdi. Mən Yeni Zelandiyada istehsal edilib Azərbaycana göndərilən kərə yağının monitorinqini apardım. Məlum oldu ki, orda Azərbaycan dilində etiketlənir və təmiz süddən hazırlanıb, heç bir qatqı olmadan Azərbaycana kərə yağı göndərilir. Onu da qeyd edim ki, kərə yağı bazarı kifayət qədər kirlənmiş vəziyyətdədir. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Məsələn, mən "Vestgold" yağını istehsal edən zavodda oldum və oranın iqtisadiyyat naziri ilə bizim telefon söhbətimiz oldu, müəyyən informasiyalar əldə etdim. Yeni Zelandiyadan Azərbaycana normal, təmiz kərə yağı göndərilir. Mən fikirləşirəm ki, digər zavodlarda da olub monitorinqlər aparmalıyıq".

Keyfiyyətli kərə yağını necə tanımağın yollarından danışan qurum sədri kərə yağının rənginin açıq sümük rəngində olmalı olduğunu dedi: "Kərə yağı tünd sarı rəngdə olmamalıdır. Kərə yağını kəsəndə eyni rəngli qatlar görünməlidir. Normal kərə yağı ilə qatqılı kərə yağını dükanda bu cür ayırd etmək olar. Yaxınlaşsınlar mağazada yağ bölməsinə. Görəcəklər ki, bütün yağlar eyni temperaturda qoyulub. Sıxıb baxsınlar. Hansı yağ bərkdirsə, o təmiz kərə yağıdır. Hansı yağ eyni temperaturda olmasına baxmayaraq boşdursa, o təmiz kərə yağı deyil. Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməlidir, səlis kəsilməməlidir. Ona görə də kərə yağının donma temperaturu daha azdır, nəinki qatqılı yağlar. Kərə yağlarının qatqılı olub-olmamasını o cür yoxlamaq olar. Kərə yağını əritməklə, onun qoxusu ilə də bunu ayırd etmək olur. Amma dükandan alarkən yuxarıda sadaladığım formada yoxlaya bilərlər. Azərbaycanda "Səba" firması, "Səhliyalı" və bir neçə firma kərə yağı istehsal edir. Bir dəfə "Azərsun" bizi istehsalçı təşkilat olaraq çağırıb yağlarına baxmağa. Onlar Zelandiyadan gətirdikləri yağı nümayiş etdiriblər ki, bu da normal idi. Ancaq digər zavodlarda olmamışıq. Qəzet vasitəsilə onu da deyim ki, rayonlardan xüsusilə qatar vasitəsilə gələn camış yağı adı ilə satılan ağ yağlar çox şübhəli yağlardır. Onların tərkibinə əksər hallarda marqarinlər və bitki yağları qarışdırılır. Bu qarışımlar birbaşa nehrədə qarışdırılır. Əhali əldə satılan ağ yağların təmiz yağ olmasına aldanmasın".(olaylar.az)
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO