Ölkənin ən böyük banklarından biri ləğv edildi
Iqtisadiyyat
Oxunub: 1 053
30 sen 2016 | 17:50
Ölkənin ən böyük banklarından biri ləğv edildi
















Maliyyə Bazarlarına Nəzarət Palatası sensasiyalı qərara imza atdı “Bank Standard”ın lisenziyası ləğv olunub
Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da “Bank Standard”ın lisenziyasını ləğv edib.

APA-nın xəbərinə görə, bunu palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı açıqlayıb. Qərarın palatanın fövqəladə iclasında qəbul olunduğu bildirilir. Ancaq bunun səbəbi açıqlanmır. R. Aslanlı lisenziyanın ləğvini belə əsaslandırıb: “Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”. Şura sədri bankda qorunan əmanətlər haqqında da danışıb: “Banka müvəqqəti inzibatçı təyin edilib. “Bank Standart” Əmanətlərin Sığortalançası Fondunun üzvüdür. Bankda qorunan əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır. Qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Əmanətçilər bu barədə narahat olmasınlar. Ən geci iki həftə ərzində qorunan əmanətləri kompensasiya edə bilirik. Bankın 520 milyon manat əmanəti var. 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. Bunların da 40 minə yaxın əmanət hesabı var”. R. Aslanlı bu qərar görə, təəssüfləndiyini bildirib: “Biz təəssüf edirik ki, 1995-ci ildən fəaliyyət göstərən, maliyyə bazarlarına yeniliklər gətirən bir bank maliyyə bazarlarını tərk edir. Ancaq bu qərarı verməli idik. Hökumətin də səylərinə baxmayaraq bankın dayanıqlığını təmin edə bilmədik. Bankın ləğvetmə prosesi zamanı “Standart Sığorta” ilə münasibətlərinə aydınlıq gətiriləcək. Biz sığorta şirkətlərinin aidiyyatı banklarda saxladığı pulu onun kapitalı kimi nəzərə almırıq. Bankın bağlanması sığorta şirkətinin bağlanması demək deyil. Amma bu onun da fəaliyyətinə təsir edəcək”.

Qərara, hələlik, “Bank Standart” rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Bu il buna qədər 10 bankın lisenziyası ləğv edilib.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır