2013-cü ilədək tikilən evlərlə bağlı YENİ QAYDA
Iqtisadiyyat
Oxunub: 936
6 okt 2016 | 05:39
2013-cü ilədək tikilən evlərlə bağlı YENİ QAYDA














Azərbaycanda 2013-cü il yanvarın 1-dək inşa edilmiş və hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır.

Milli Məclisdən verilən məlumata görə, hazırkı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair əsaslara (hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daxildir.

Qanuna edilən yeni dəyişikliklərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara bundan əlavə daha biri əlavə edilib.

Yeni layihədə təklif edilib ki, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara daxil edilsin.

Bu dəyişiklik Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq məqsədilə hazırlanıb.

Milli Məclisin deputatı Çingiz Qənizadə Trend-ə bildirib ki, yeni təklif edilən dəyişikliklərə görə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olduqdan, yəni özəlləşdirildikdən sonra torpaq üzərində tikinti aparıla bilər: "Torpaq mülkiyyəti üçün çıxarış almadan onun üzərində tikinti aparıla bilməz. Həmin ərazidə ev tikmək istəyən şəxs gələcəkdə torpağı özəlləşdirməlidir. İndi təklif edilir ki, torpaq əvvəlcədən özəlləşdirilsin, torpaq mülkiyyəti haqqında dövlət reyestrindən çıxarış alınsın, sonra həmin ərazidə tikinti aparılsın. Yəni, torpağı özəlləşdirməsən, orada tikinti işlərinə başlaya bilməzsən".

Ç.Qənizadə qeyd edib ki, bu dəyişikliyi asanlaşdırma kimi qəbul etmək olar: "Mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadıqda problemlər yaranırdı. Bəzən bələdiyyə üzvləri bildirirlər ki, torpaq sahəsi doğru hesablanmayıb. Yaxud mülkiyyət hüququnu təsdiq etməmisənsə, torpaq sənin olsa da tikinti aparmırsansa, bələdiyyə o torpağı başqasına sata bilər. Bu səbəbdən mübahisələr yarana bilər. Torpaq mülkiyyətilə bağlı qanuni sənəd - dövlət reyestrindən çıxarış alındıqdan sonra bələdiyyə, icra strukturu nümayəndələri tikinti aparılması ilə bağlı problem yarada bilməzlər. Amma mülkiyyət üzərində hüquq təsdiq edilməyibsə, bu, mübahisə predmeti ola bilər".

Ç.Qənizadə bildirib ki, mülkiyyət hüququnu təsdiq edən sənəd dövlət reyestrindən çıxarışdır. Çıxarış olduqdan sonra artıq mülkiyyət həmin şəxsin mülkü hesab olunur.(trend)
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"