Əhaliyə müjdə ŞAD XƏBƏR
Iqtisadiyyat
Oxunub: 4 792
6 okt 2016 | 09:46
Əhaliyə müjdə  ŞAD XƏBƏR













Prezident İlham Əliyev Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında imzaladığı sərəncamla emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulub.

Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Qaynarinfo.Az bildirir kİ, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə modern.az-a deyib ki, pambıqçılıqdan sonra tütünçülük istehsalına görə subsidiya ayrılması, dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi baxımından təqdirəlayiqdir:

Tütünün xammal bazası yaradılır

"Bunun iki istiqamətdə nəticələri gözlənilir. Birinci bu tədbir hesabına tütün xammalının istehsalının stimullaşdırılmasıdır. Bununla xammalın ixracında böyük üstünlük əldə edilərək milyonlarla dollar vəsaitin ölkəyə daxilinə nail olunacaq.

Eyni zamanda, bununla Azərbaycanda tütün istehsalı üçün ciddi baza yaranacaq. Çünki tütün hazırda Azərbaycanın idxalda üstünlük qazanması üçün ehtiyac duyulan 3-4 məhsuldan biridir.

Tütünçülüyün inkişafı ilkin mərhələdə ixrac potensialını artıracaq, eyni zamanda yerli tütün sənayesinin inkişafı üçün böyük dəstək olacaq".

İstehsal prosesinin artırılması nəticəsində Azərbaycanın tütünə olan tələbatını tam şəkildə ödəmək mümkün olacaqmı?

F.Fikrətzadə bildirib ki, tütün istehsalının artırılması hesabına daxili tələbatın əhəmiyyətli hissəsi ödəniləcək:

"Hazırda 10 milyonlarla dollar həcmində tütün əsas etibarilə ölkəyə idxal olunur.

Hazırda tütün məmulatlarının emalı, istehsal sənayelərinin inkişafı istiqamətində işlər həyata keçirilir. İlkin emal müəssisələri var və onların yenilərinin regionlarda yaradılmasına başlanılıb.

2015-ci ildə Azərbaycanda tütün əkin sahələri 1362 hektar, məhsulun həcmi isə 3500 ton olub.

2016-cı ildə isə əkin sahələri 2400 hektara qədər artırılıb. Bu il üçün məhsul istehsalının 6000 tona çatdırılması planlaşdırılır".

Azərbaycan siqaret istehsal edəcək

Nazirlik rəsmisi deyib ki, tütününü xammal bazası yaranandan sonra Azərbaycan siqaret istehsalına start verəcək:

"Artıq Azərbaycanda siqaret istehsal olunması üçün özəl sektor tərəfindən böyük investisiya qoyuluşlarına başlanılıb. Regionlarda yeni emal müəssisələri yaradılır.

Qeyd edim ki, Azərbaycanda siqaret istehsalına başlayandan sonra idxal edilən siqaretlərdən qiymət baxımından əhəmiyyətli dərəcədə ucuz olacaq".
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək