"Dünya artımla irəli, biz enişlə geri gedirik!" - Ekspertdən maraqlı açıqlamalar
Iqtisadiyyat
Oxunub: 866
7 okt 2016 | 09:57
"Dünya artımla irəli, biz enişlə geri gedirik!" - Ekspertdən maraqlı açıqlamalar

















“Sivil dünya bilik iqtisadiyyatıı yaradır, müasir Azərbaycan pambığa, tütünçülüyə, baramaçılığa qayıdır”

“İslam Həmrəyliyi Oyunlarına bir necə gün üçün 211,7 milyon manat, elmə 1 il üçün 125 milyon manat büdcədən vəsait ayırılır”

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün facebook səhifəsində Azərbaycan hökumətinin iqtisadi platformada yeritdiyi siyasəti dünya iqtisadi siyasətinin fonunda dəyərləndirərək, öz fikirlərini paylaşıb. Onun fikirlərinioxucularımıza təqdim edirik:

“Sivil dünya ticarətdə açıqlığı, biz himayəçiliyi dəstəkləyirik. Sivil dünya gömük tariflərini aşağı salır, Azərbaycan gömrük rüsumlarını artırır.
Sivil dunya elmə və inkişafa (R&D) sərmayəni artırır, müasir Azərbaycan elmə və inkişafa sərmayəni ixtisar edir. Bu illə müqayisədə gələn ilin dövlət büdcəsində elm xərcləri 7,3 faiz az, dövlət əsaslı vəsait qoyuluşu 38 faiz az proqnozlaşdırılıb.

Sivil dünya innovativ məhsullara investisiya edir, bilik iqtisadiyyatıı yaradır, beyin məhsulu satır, müasir Azərbaycan ənənəvi təsərrüfatçılıq məhsullarına – pambıqa, tütünçülüyə, baramaçılığa – qayıdır.

Sivil dünya rəqabəti, müasir Azərbaycan inhisarçılığı dəstəkləyir, mərkəzləşdirilmə funksiyasına malik dövlət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradır və onun fəaliyyətinə prezidentin ehtiyat fondundan dəstək verilir.

Sivil dünya xüsusi mülkiyyəti qoruyur, onun sahibinin hüquqlarını artırır, müasir Azərbaycan sosial ehtiyaclar üçün mülkiyyətin məhdudlaşdırılmasına dair Konstitusiyaya dəyişiklik edir.
Sivil dünya mülkiyyət sahiblərinə dair informasiyaları açıqlayır, müasir Azərbaycan həmin məlumatlara girişi məhdudlaşdırmaqla yanaşı onları yayanları cəzalandırır.

Sivil dünya izafi xərclər yaradan idman yarışlarından və əyləncələrdən imtina edir, müasir Azərbaycan birinci və sonuncu Avropa oyunlarına ev sahibliyi edir, dördüncü İslam Həmrəyliyi Oyunlarına bir necə gün üçün 211,7 milyon manat, elmə 1 il üçün 125 milyon manat büdcədən vəsait ayırır.

Sivil dünya elektro-mobil avtomobillərə keçir, müasir Azərbaycan hələ də yanacaq sərfi yüksək olan “Lexus LX 570″, “BMW X6″-ya üstünlük verir.

Dünya iqtisadiyyati 2,4 faiz artımla irəli, Azərbaycan iqtisadiyyatı 3,1 faiz enişlə geri gedir.
Sizcə, biz hara gedirik? Bəlkə sivil dünya yolunu azıb?!”
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ