Siqareti tərgitmək istəyənlərə ŞAD XƏBƏR
Iqtisadiyyat
Oxunub: 832
17 okt 2016 | 08:46
Siqareti tərgitmək istəyənlərə ŞAD XƏBƏR










Gələn ay Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "Qaynar xətt" fəaliyyətə başlayacaq.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar.

Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq tətbiq olunacaq.

Sözügedən işin təkmilləşdirilməsi məqsədi ilə İSİM-in nümayəndələri Moskvada keçiriləcək “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarda iştirak edəcəklər.

Səfərdə məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və Rusiyanın “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə olunan beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində tətbiq etməkdir.

Nazirlikdən bildirilib ki, iki ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və "Qaynar xətt"in hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulub. Hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılıb, xüsusi telefon xətti ayrılıb və orada çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılıb.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcək.

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülən işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və "Qaynar xətt"in davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcək.
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır