Bazarla yarmarkanın fərqi müəyyənləşdi - Baş nazirdən qərar
Iqtisadiyyat
Oxunub: 881
25 okt 2016 | 06:22
Bazarla yarmarkanın fərqi müəyyənləşdi - Baş nazirdən qərar










Nazirlər Kabineti 3 aprel 2014-cü ildən qüvvədə olan “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edib.

Marja.az xəbər verir ki, müvafiq qərar prezidentin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası məqsədilə verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, bazar, topdansatış bazarı, pərakəndə satış bazarı, kənd təsərrüfatı məhsullarının satış bazarı, yaşıl market, fermer mağazası, yarmarka, eləcə də kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarka-satışı yerlərinə aydınlıq gətirilib.

Məsələn, yaşıl marketdə bitki, bitkiçilik və heyvandarlıq məhsulları satılır. Yaşıl marketin anbarı, laboratoriyası, avtoparkı, eləcə də sertifikatlaşdırılmış ekoloji kənd təsərrüfatı məhsullarının satış yeri olmalıdır.

Fermer mağazalarında xüsusi fərqləndirici lövhələr quraşdırılmalıdır.

Hökumət yarmarkaların təşkili səllahiyyətini yerli icra hakimiyyətlərinə verib. Onlar yarmarkaların təşkili üzrə xüsusi tədbirlər planı hazırlamalıdır. Kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının satış-yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında müəyyən günlərdə (şənbə və bazar günləri, bayram günləri və digər əlamətdar günlərdə) təşkil edilir. Yarmarkalarda xüsusi lövhələrdə satılan malların qiymətləri göstərilir. Bu yarmarkalar dövlət büdcəsinin vəsaiti ilə təşkil edilir. Əgər yarmarkanı ayrı-ayrı şəxslər təşkil edirsə, onlar da maliyyələşdirir.

Qaydalarda aşağadakı şəkildə aydınlatma öz əksini tapıb:

2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:

"2.1.4-1. bazar - müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi;

2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri təşkil edən bazar;

2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən bazar;

2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı - ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar;

2.1.4-5. yaşıl market - yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyekti;

2.1.4-6. fermer mağazası - yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza);

2.1.4-7. yarmarka - müəyyən edilmiş ərazidə və müddətdə malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları - müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.26-1. baytarlıq şəhadətnaməsi - malların, о cümlədən heyvan mənşəli məhsulların və xammalın baytarlıq-sanitariya ekspertizasından keçirilməsi barədə müəyyən olunmuş qaydada və nümunədə hazırlanan və müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təsdiq edilən rəsmi sənəd;".
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!