"Prezident kasıbları sevindirdi"
Iqtisadiyyat
Oxunub: 4 289
30 okt 2016 | 08:27
"Prezident kasıbları sevindirdi"










"Prezident bu fərmanla evsizləri, "kupçasız" sakinləri sevindirdi" - Şərh

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur

Bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

İpoteka şərtləri sadələşdirilir

İqtisadçı-ekspert Vüqar Bayramov bu fərmanın mahiyyətini şərh edib. O, modern.az saytına açıqlamasında bildirib ki, qlobal və regional çətinliklərin olduğu bir zamanda ipoteka şərtlərinin təkmilləşdirilməsinə xidmət edən belə bir fərmanın imzalanması, sosial sferada, eləcə də mənzil təminatında siyasi iradəni bir daha nümayiş etdirir:

“Ölkə prezidentinin fərmanı ilə “Azərbaycan İpoteka Fondu”nun Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilməsi ondan xəbər verir ki, artıq uzun müddət gündəmdə olan və Mərkəzi Bank tərəfindən dəfələrlə təkrarlanan, amma reallaşmayan ipoteka şərtlərinin sadələşdirilməsi həyata keçiriləcək. Fərmana əsasən, cəmiyyətin fəaliyyətinə prezident nəzarət edəcək”.

Fərman nələri dəyişəcək?

V.Bayramov qeyd edib ki, fərman ipoteka şərtlərinin yüngülləşdirilməsinə xidmət edəcək:

“Faizlərin aşağı salınması, tələb olunan sənədlərin sayının azaldılması, həmçinin prosedurun sadələşdirilməsi, xüsusən gənc ailələrin ipoteka kreditlərinə əlçatanlığını təmin edəcək. Bu baxımdan fərman birmənalı şəkildə imkan verəcək ki, vətəndaş daha az faiz və daha az sənədlə ev sahibi ola bilsin.

Faizlərin aşağı düşməsi aylıq ödəniş məbləğinin aşağı salınması deməkdir. Yeni qaydalar tətbiq edildikdən sonra əmək haqqı nisbətən az olanlar da kreditlərdən yararlana biləcək, xüsusən orta təbəqə vətəndaşlarının ipoteka imkanları genişlənəcək.

Həmçinin, yeni fərman “İpoteka Fondu”nun maliyyə imkanlarını artıracaq. Çünki, fərmana əsasən 5 ildən artıq dövr üçün proqramın dövlət zəmanəti ilə yerləşdirilməsi həyata keçiriləcək. Bu da fondun maliyyə imkanlarının möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, fərman ipoteka kreditlərinin daha çox vəsait cəlb etməsi, daha çox kreditlərin verilməsini təmin edəcək”.

İnşaat sektoru üçün yeni başlanğıc

İqtisadçı ölkə başçısının imzaladığı fərmanın inşaat sektoru üçün yeni bir başlanğıc olacağını vurğulayıb:

“Bu fərmanla tikinti üçün mövcud olan mürəkkəb prosedur çox sadələşdiriləcək, problem də aradan qalxacaq. Eyni zamanda, fərman inşa edilən, istifadəyə verilmiş, amma istismara götürülməyən binaların istismara götürülməsini təmin edəcək. Məlum olduğu kimi, Bakıda olan yeni tikililərin 80 faizindən çoxu istismara götürülməyib. Baxmayaraq ki, həmin binalar kommunal xidmətlərlə təmin olunub. İstismara götürülmədiyi üçün həmin binadakı mənzil sahiblərinin “kupça” almaq imkanı yoxdur. Bu da “kupça” əldə edilməsinə problem yaradırdı. Fərman həm də “kupçasız” mənzillərdə yaşayan sakinlər üçün şad xəbər kimi qiymətləndirilə bilər. İnsanlar “ASAN xidmət”ə müraciət etməklə qısa zamanda uzun-uzadı prosedurdan keçmədən “kupça” əldə edə biləcəklər.

Etiraf etmək lazımdır ki, fərman, indiyə qədər ipoteka kreditlərinin verilməsi sahəsində ən pozitiv və ən obyektiv islahatdır. Bütövlükdə inşaat sektorunda yeni mərhələnin başlanğıcıdır”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO