Mərkəzi Bank dollarla bağlı qərar verdi

Mərkəzi Bank dollarla bağlı qərar verdi









Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. 21 Noyabr 2016-cı il tarixinə isə rəsmi USD/AZN məzənnəsi 1.7091 manat müəyyən olunub. Beləliklə, ötən bir ay ərzində Dollar 0.1122 manat və ya 7% bahalaşıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

"Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son bir aydakı sürətlə davam edərsə, ilin sonunda rəsmi olaraq 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.

Azərbaycan Mərkəzi Bankı 2015-ci ilin 21 Dekabr tarixində ikinci dəfə devalvasiyaya gedərək 1 dolları 1,55 manata bərabər etmişdi. Gələn ay ikinci devalvasiyanın 1 ili tamam olacaqdır.

Devalvasiyadan sonra, rəsmi USD/AZN məzənnəsi 25 May tarixində 1.4900 səviyyəsinədək düşmüşdü. Ümumi götürdükdə isə, Dollar bahalaşmaqdadır.

Son bir ayda Dolların Manat qarşısında bahalaşması yenidən sürət götürüb, buna 3-cü yumuşaq devalvasiya da demək olar.

Mərkəzi Bankdan "Marja”ya daxil olmuş məlumata görə, 21 Noyabr 2016-cı il tarixi üçün 1 ABŞ dolları 1,7091 manat müəyyən edilmişdir. Beləliklə, 21 Dekabr 2015-ci il tarixindən ötən müddət ərzində rəsmi olaraq, Dollar Manat qarşısında 10,3% dəyər qazanıb. Qısası, 100 dollar rəsmi olaraq 15,91 manat bahalaşaraq 155 manatdan 170,91 manata qalxıb.

Dollar Manat qarşısında, 25 May tarixindəki 1.4900 səviyyəsilə müqayisədə isə 14,7% bahalaşıb.

21 Fevral 2015-ci il tarixindəki ilk devalvasiyadan əvvəlki məzənnə (0,78 manat) ilə müqayisədə isə Manat Dollar qarşısında 119% ucuzlaşıb.
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Azərbaycanlı axunddan ilginc fətva: “Artıq arvadınızı başqasına verin”
“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma
Meymunla qızı kim evləndirib? - Goranboyla bağlı daha bir maraqlı hadisə
Vanqanın 2017-ci ilin may ayı üçün dəhşətli proqnozu - Bu 3 bürcü bədbəxtlik gözləyir, 4 bürc isə...
60 yaşlı polkovnik 4-cü dəfə evləndi - Özündən 28 yaş kiçik qızla
Həftənin çox oxunanları
Video
Bakıda polis evə basqın etdi - Gəncləri intim münasibət də olarkən yaxaladı (Video)
“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə (Video)
Surət Hüseynovun Hollandiyada bıçaqlanan cangüdəninin - Qanlı video və fotoları yayıldı
Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - Video
20 qəpiklik dərmanı məhlul halına salıb 5 manata satırlar - Video