Əhaliyə həm bəd həm şad xəbər
Iqtisadiyyat
Oxunub: 11 390
22 noy 2016 | 16:01
Əhaliyə həm bəd həm şad xəbər









Azərbaycanda tikilicək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.

«Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın.

Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər»

SOSİAL MƏNZİLLƏRİN SAHƏSİ

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq.

Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.

Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: “Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq” – deyə direktor bildirib.

S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: “amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq”.

Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir onların ölçüləri də münasibdir.

Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.

Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: “Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək”.

HANSI ŞƏHƏRLƏDƏ OLACAQ?

Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu çox güman ki, şəhərin ətrafında olacaq. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə,artıq Agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur.

Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır.

Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: “Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. İlk öyrənldiyimiz rəylər odur ki, belə evlər Bakı ətrafında olsın. Ona görə də ikinci layihəmiz də çox güman ki, Bakı ətrafında olacaq”.

MÜRACİƏTLƏR NƏ VAXTDAN BAŞLAYACAQ?

Samir Nuriyev bildirib ki, ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq.

Onun sözlərinə görə, prezident İlham Əliyevin fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaradılacaq “Güzəştli mənzil» sistemilə müraciətlər 2017-ci May ayının 1-dən başlanacaq: “Vətəndaşların mənzillərin alması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaq”.

O vaxta qədər isə əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında ASAN Xidmət vasitəsilə müraiətlər edə biləcək: “Amma ona qədər ASAN xidmət vasitəsilə, kağız formatda qəbul ediləcək. Ona görə də qeydiyat daha tez olacaq. Bu proses 3-4 aya başlanacaq. Ona görə də kim hesab edirsə ki, bu kateqoriyaya daxildir, o müraciət edə bilər”.

Agentlik direktoktoru bildirib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək: “Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük əldə edəcəklər. Bu məlumatdan sonra da onlar hazırlaşıb elektron qeydiyyata müraciət edəcəklər”.

Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək. Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək. Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər: “Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq. Amma insan həmin mənzildən imtina edirsə, o mənzil yenidən satışa çıxarılacaq” – deyə Samir Nuriyev bildirib.

Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illk qadağaya da aydınlıq gətirib. Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər. Buna görə də məhdudiyyətlər var. Yəni 3 il ərzində mənzilləri nə sata, nə də kirayəyə verə bilər. Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək.


**********
Rayon qeydiyyatında olanlara bəd xəbər

“Sosial mənzillərin tikilməsində əsas məqsəd insanların ev problemini həll etməkdir. Vətəndaşlar əmin olsunlar ki, heç kim bu layihədən kənarda qalmayacaq. Kimin ehtiyacı varsa, həmin şəxsə ev almaq üçün imkan yaradılacaq”

Azerinfo.az xəbər verir ki, bunu AzVision.az-a millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, kimlərin güzəştli şərtlərlə sosial mənzilə sahib olacağı açıqlanıb.

“Bu vaxta qədər kimlərin güzəştli şərtlərlə sosial ev alacağı haqda məlumatlar açıqlanıb. Digər açıqlamalar hələ verilməyib. Bununla bağlı yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi cənab prezidentin tapşırığı ilə öz əsasnaməsini hazırlayır. İlin sonuna qədər lazım olan sənədlər tam hazır olacaq. Bundan sonra digər məsələlərlə bağlı insanları maraqlandıran məlumatlar açıqlanacaq”.

Millət vəkili vətəndaşları maraqlandıran mühüm məsələyə aydınlıq gətirib. Bildirib ki, rayon qeydiyyatında olan şəxslər Bakıda sosial ev ala bilməyəcək: “Evlər harada tikilirsə, orada qeydiyyatda olan şəxslərə satılacaq. Sözsüz ki, maaşın, iş yerinin və həmin vəsaiti ödəmək qabiliyyətinin olması əsas şərtlərdən biridir. Ümumilikdə ilin sonuna kimi digər açıqlamalar olacaq”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!