"Neftin dünya bazarındakı qiymətində artım olmasa, Azərbaycan bu təklifi qəbul etməyəcək" — Deputat
Iqtisadiyyat
Oxunub: 907
1 dek 2016 | 08:12
"Neftin dünya bazarındakı qiymətində artım olmasa, Azərbaycan bu təklifi qəbul etməyəcək" — Deputat









OPEC-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə qərar qəbul ediblər.

OPEC neft hasilatının sutka üzrə 1,2 milyon azaldaraq günlük 32,5 milyon barelə çatdırılacağını açıqlayıb. Bu qərarla OPEC ölkələri ucuzlaşmaqda olan neftin dünya bazarındakı qiymətini artırmağı hədəfləyirlər.

OPEC-ə üzv olmayan ölkələrə də neft hasilatını azaltmaq təklif edilib. Bu ölkələr arasında Azərbaycanın da adı var. Qurumun dünənki qərarından sonra bu gün dünya bazarında neftin qiymətində artım müşahidə olunub.

OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı və bu qərarın nə ilə nəticələnəcəyi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Ölkə.Az-a danışıb:

"Uzun müddət idi ki, bu qərar layihəsi üzərində iş gedirdi. Energetika nazirimiz Natiq Əliyev də mütəmadi olaraq OPEC-in iclaslarında iştirak edir. Ümumiyyətlə bu qərar Azərbaycan üçün əhəmiyyət kəsb edir. Neftin qiymətinin artması Azərbaycan üçün vacibdir. Çünki neftdən gələn gəlirlər həm dövlət büdcəsinə, həm də neft fonduna daxil olur. Bu isə Azərbaycan əhalisi üçün çox vacibdir.

OPEC-in bu qərarı 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu tarixdən OPEC ölkələri neftin hasilatını sutkalıq 32,5 milyon barel azaldacaq. Qərarın nə qədər qüvvədə olacağını söyləmək mümkün deyil. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın neft hasilatı və istehsalına aid öz fikri, mövqeyi var. Bir çox məsələ də ABŞ-ın yeni administrasiyasının siyasətindən asılı olacaq. Əgər ABŞ yanvardan neft hasilatını artıracaqsa, ondan sonra neftin qiymətinin artmasından söhbət belə gedə bilməz. Neftin qiyməti yalnız birjalarda yox, daha çox kabinetlərdə həll olunur və bu həm də siyasi məsələdir.

Neftin qiyməti nə qədər yüksək olarsa, bu bizim üçün o dərəcədə əhəmiyyətlidir. Bizim həm milli valyutamız, həm dövlət büdcəmiz, həm də əhalimizin maddi rifahı neftdən asılıdır.

Hesab edirəm ki, 2017-ci ildə neft qiymətlərində ciddi artım olmayacaq. Xam neftin dünya bazarlarında qiyməti 45-55 dollar səviyyəsində olacaq. Əgər ABŞ bu məsələyə müdaxilə etsə və neft hasilatını artırsa neftin qiyməti qalxmayacaq".

OPEC-in Azərbaycana neft hasilatını azaltmaqla bağlı təklifinə millət vəkili bildirdi ki, əgər ümumi razılıq olsa Azərbaycan buna gedəcək:

"Onsuz da Azərbaycanda neft hasilatında artım yoxdur. Azərbaycanda hasilat müəyyən qədər aşağı düşür. OPEC Rusiya üçün sutkalıq 300 min barel müəyyən edib. Mümkündür ki, Azərbaycan üçün də müəyyən hasilat kvotası müəyyənləşdirilsin. OPEC-in hasilatı azaltmaqla bağlı təklifinə o zaman getmək olar ki, neftin dünya bazarında qiymətində müəyyən artım olsun. Neftin dünya bazarındakı qiymətində artım olmasa, Azərbaycan bu təklifi qəbul etməyəcək. Çünki artıq İran və İraq neft hasilatını azaltmayacaqları barədə bəyanat veriblər".
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR