Mərkəzi Bankdan “qara bazar”la bağlı iddialara — CAVAB

Mərkəzi Bankdan “qara bazar”la bağlı iddialara — CAVAB








Mərkəzi Bank “qara bazar”ın idarə etməsilə bağlı iddialara cavab verib.

Qurumun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank tərəfindən 21 dekabr 2015-ci il tarixində “idarə olunan üzən məzənnə” rejiminə keçilməsi ilə əlaqədar həmin tarixdən etibarən valyuta bazarına müdaxilə, elan olunmuş məzənnə rejiminə uyğun olaraq valyuta hərracları vasitəsilə həyata keçirilir:

“Hazırda hərraclar Dövlət Neft Fondunun vəsaitləri hesabına ABŞ dollarının satışı formasında həftədə iki dəfə Mərkəzi Bank tərəfindən təşkil olunur.

Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə hərrac iştirakçılarına elan edilir.

Hər bir iştirakçı bankın valyuta ehtiyacı (sifarişi) elektron ticarətdə şəffaf şəkildə keçirilən hərracda təklif olunan valyuta məbləğinin tələbin ümumi həcminə olan nisbətində təmin olunur. Hərrac bitdikdən sonra isə onun nəticələri geniş ictimaiyyətə də açıqlanır”.

Açıqlamada qeyd olunub ki, valyuta hərraclarında satışlar məqsədli (təyinatlı) əsasda həyata keçirilmir: “Kommersiya bankları mövcud bank və valyuta qanunvericiliyinə uyğun olaraq hərraclarda alınan valyutanın hansı təyinatlara istifadəsini özləri müəyyən edirlər. Bu zaman qanunvericiliyə banklar tərəfindən riayət olunmasına müvafiq qurumlar tərəfindən nəzarət olunur”.

Qeyd edək ki, bir çox rəsmilər, deputatlar və ekspertlər ölkədə yaşanan dollar qıtlığının səbəbini Mərkəzi Bankla kommersiya banklarının “işbirliyi”ndə görürlər. İddialara görə, Mərkəzi Bank dolları kommersiya bankları vasitəsilə “qara bazar”a ötürür. Nəticədə isə ölkədə dollar ajiotajı yaşanır.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da parlamentin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazar”lara buraxılır:

“Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır.
Loading...
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Hacıbala Abutalıbov uşaqlarla pul söhbəti etdi: "Mənim 4 manatımı verin" (VİDEO)
Mətanət: “ANS mənə qazdığı quyuya özü düşdü” — MÜSAHİBƏ
Evlilik verilişində məşhurlaşan Nazın döyüldüyü ŞOK VİDEO
Nadir Qafarzadə metroda: “Heç xoşuma gəlmədi”
Türkiyədə azərbaycanlı qızı biabır etdilər - VİDEO
Həftənin çox oxunanları
Video
ATV-dən Sergey Lavrova ağır sözlər- “Erməni kimi cavab verdi...”
Hacıbala Abutalıbov uşaqlarla pul söhbəti etdi: "Mənim 4 manatımı verin" (VİDEO)
Evlilik verilişində məşhurlaşan Nazın döyüldüyü ŞOK VİDEO
"Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım" - Şəbnəm Tovuzlu - VİDEO
Türkiyədə azərbaycanlı qızı biabır etdilər - VİDEO