Azərbaycanda dollar 2 manatda saxlanılsın - Optimal kurs
Iqtisadiyyat
Oxunub: 27 182
26 dek 2016 | 14:32
Azərbaycanda dollar 2 manatda saxlanılsın - Optimal kurs










Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı hazırlanan Strateji Yol Xəritəsində 2017-ci ildə manatın "tam üzən məzənnə"yə keçirilməsi nəzərdə tutulsa da, buna heç bir ehtiyac yoxdur

Aerinfo.az xəbər verir ki, "Report"un analitik qrupu hesab edir ki, milli valyutaların devalvasiyası və ya "üzən məzənnə" kimi devalvasiya xarakterli üsullara əl atılmasının səbəbi tədiyyə balansında yaranan təzyiqlərlə bağlıdır. Yəni, ölkəyə daxil olan və ölkədən çıxan valyuta həcmlərinin arasındakı fərqin ikincinin lehinə yaratdığı valyuta qıtlığıdır. Azərbaycanda isə bu qıtlıq artıq iki rübdür ki, aradan qaldırılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi statistikasına əsasən, 2016-cı ilin II rübündə tədiyyə balansı 18 mln. dollar, III rübündə isə 63 mln. dollarlıq profisitlə tamamlanıb. Yəni, ölkənin valyuta ehtiyatları III rübdə 63 mln. dollar artıb.

"Tam üzən məzənnə"yə keçid baş tutarsa, Azərbaycanın idxalı bir qədər də azalacaq və tədiyyə balansının profisiti neftin cari qiyməti sabit qalmaq şərti ilə artmağa davam edəcək. Lakin bu, ölkədə ticarət fəallığının zəifləməsinə, iş adamlarının valyuta məzənnəsi ilə bağlı düzgün proqnoz verə bilməməsi nəticəsində durğunluq mərhələsinə gətirib çıxaracaq. Nəticədə, iş yerlərinin sayı azalacaq, icarə haqları və ticarət obyektlərinin qiyməti aşağı düşəcək.

"Report"un analitikləri hesab edirlər ki, neftin cari qiyməti ilə dolların məzənnəsinin 2,00 AZN/USD səviyyəsi hazərda məqbul sayılır. Bu səviyyədə məzənnəni sabitləşdirməklə iqtisadiyyatın yenidən aktivləşməsinə, yerli valyutada kreditləşmənin bərpasına nail olmaq mümkündür. Neft qiymətlərinin azalması durumunda isə yenidən məzənnənin korreksiyası gündəmə gələ bilər. Belə ki, "tam üzən məzənnə" rejimi tətbiq olunsa, onsuz da neft qiymətlərinin azalması manatın devalvasiyasını sürətləndirəcək.
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”