Təbii qazın yeni qiyməti qüvvəyə mindi
Iqtisadiyyat
Oxunub: 1 055
1 yan 2017 | 10:52
Təbii qazın yeni qiyməti qüvvəyə mindi








Bu gündən əhaliyə təbi qazın pərakəndə satış diferensial tariflərlə həyata keçirilməyə başlayacaq.

APA-nın məlumatına görə, Tarif (qiymət) Şurası 2016-cı il 28 noyabr tarixində keçirilmiş i iclasında təbii qazın satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının qərarına əsasən təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixi iclasında isə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə qaldırılıb. Başqa sözlə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Beləliklə, əgər abonent 1 il ərzində 1700 kubmetr qaz istehlak edəcəksə, o bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Başqa sözlə, il ərzində 1700 kubmetr qaz istehlakına görə abonent 170 manat ödəniş edəcək. Amma illik qaz sərfiyyatı 1700 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Məsələn, illik qaz istehlakı 2000 kubmetr olan abonent 1700 kubmetri 10 qəpiklə ödəyəcək. Yerdə qalan 300 kubmetrə görə ödəniş hər kubmetrə görə 20 qəpikdən hesablanacaq. Yəni, ümumilikdə, limitdən əlavə istifadə olunmuş 300 kubmetr qaz üçün 60 manat ödəməli olacaq. Beləliklə, il ərzində 2000 kubmetr qaz istehlak edən abonent 230 manatından keçməli olacaq.

Qaz sistemi yeni tariflərə uyğunlaşdırılacaq. Mexaniki sayğacların üzərində göstəricilər var. Abonent mexaniki göstərici vasitəsi ilə ödəyəcəyi məbləği hesablaya biləcək. Smart kart tipli sayğaclarda isə elektron tablo vasitəsi ilə abonent qaz sərfiyyatı barədə göstəriciləri izləyə biləcək.

Tarif (qiymət) Şurasının qərarına əsasən təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi