Rövşən Ağayev: Mərkəzi Bankın manata mesajları…
Iqtisadiyyat
Oxunub: 16 205
2 yan 2017 | 20:06
Rövşən Ağayev: Mərkəzi Bankın manata mesajları…












Iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın son bəyanatının manata nə vəd etdiyini bloqunda şərh edib:
Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb.mbank
Rövşən Ağayev: Mərkəzi Bankın manata mesajları…











Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.
Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyasını qiymətləndirmək imkanında olan bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır.
Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil.
Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun valyuta təklifi ilə tələbin qarşısına çıxmaq mümkün olmayacaqsa, milli valyuta yenə də ucuzlaşacaq və biz bunun adını “tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi” qoyacağıq.
MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var. Məsələn, qeyd edir: “Neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır”. MB-nin dediyi bu situasiyanın mənası odur ki, gələn il də ödəmə balansında kəsirin olacağı realdır.
Bəyanatda verilən daha bir mesaj: “Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək”. Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu, daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.
MB qeyd edir ki, xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi üçün taktiki tədbirlərə əl atılacaq və bu addımlar manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmağa imkan verəcək. Bunun açılışı isə odur ki, hökumət Neft Fondundan dövlət büdcəsinə transfertlər etmədən birbaşa hökumətin xarici öhdəlikləri üçün xarici aktivlərdən yararlana bilər. Bunu hansı mexanizmlərlə edəcəklər, onu da zamanında görmək mümkün olacaq. İl boyu xarici borclanmanın sürətlə artırılması da yəqin ki, həmin taktiki addımlar sırasındadır.
MB-nin qeydlərindən belə aydın olur ki, valyuta bazarında iştirak etməyə hazırlaşmır, amma bir istisna ilə – məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.
Amma aydın olmur ki, “məzənnənin kəskin dəyişkənliyi” dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50% dəyişməsi “kəskindir”?
Bu sənəddə aydın görünür ki, 2017-ci ildə iqtisadi proseslər sadə vətəndaş üçün nə qədər dumanlı görünürsə, ölkədə makroiqtisadi situasiyanı proqnozlaşdırmağa və tənzimləməyə məsul olan əsas təsisatlardan biri kimi MB üçün də əhəmiyyətli dərəcədə qeyri-müəyyəndir.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"