Mərkəzi Bank "qara bazar"ı sıradan çıxardır - 4 faizlik marja ləğv edilir

Mərkəzi Bank "qara bazar"ı sıradan çıxardır - 4 faizlik marja ləğv edilir














Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib

Virtualaz.org-un bank sektorundakı mənbələrdən əldə etdiyi məlumata görə, toplantıda valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizinin, yəni marjanın (hazırda -/+4%) ləğv olunması barədə qərar qəbul olunub.

Belə ki, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb. Qeyd olunub ki, xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq. Bu isə o deməkdir ki, banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, müəyyən edilmiş həmin marja banklara valyutanı Mərkəzi Bankın rəsmi kursundan 4% artığına satmağa icazə vermirdi. Bu da "qara bazar"ın yaranmasına gətirib çıxarmışdı. Başqa sözlə, bu qərar "qara bazar”ın tam yox olmasına gətirib çıxaracaq. Çünki indiki halda valyutanın satışı məsələlərində onun kommersiya banklarından heç bir üstünlüyü qalmır.
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Azərbaycanlı holdinq rəhbərinin 19 yaşlı qızının "Instagram" FOTOLARI
Oksana ilə Elşad Xosenin ehtiraslı öpüşmə səhnələri yayıldı (+18 VİDEO)
Toyuna gəlməyənləri məhkəməyə verir - Azərbaycanda qəribə hadisə
Azərbaycanda qeyri-adi bayram adəti: kişilər arvad paltarı geyib nəmər yığdı (VİDEO)
Sarkisyanın qızının ƏXLAQSIZ görüntüləri erməni tərəfində yenidən yayıldı - VİDEO
Həftənin çox oxunanları
Video
Nəsimi rayon İcra Hakimiyyətində Vətəndaşı diz çöktürdülər-Video
Oksana ilə Elşad Xosenin ehtiraslı öpüşmə səhnələri yayıldı (+18 VİDEO)
Azərbaycanda qeyri-adi bayram adəti: kişilər arvad paltarı geyib nəmər yığdı (VİDEO)
Rusiya ara qarışdı: Ölkəni mitinqlər bürüdü (VİDEO)
Sarkisyanın qızının ƏXLAQSIZ görüntüləri erməni tərəfində yenidən yayıldı - VİDEO