Azərbaycanda kimlərin maaş və pensiyaları artacaq? - Açıqlama
Iqtisadiyyat
Oxunub: 27 801
12 yan 2017 | 05:13
Azərbaycanda kimlərin maaş və pensiyaları artacaq? - Açıqlama










Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan prezident, maaş və pensiyaların artacağı anonsunu da verib

Politika.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında prezidentin sosial müavinətlərin artırılması ilə bağlı çıxışını şərh edib. O, bildirib ki, maaş və pensiyaların artırılması bütün növ kateqoriya insanlarına şamil olunacaq.

“Hələ ki, bununla bağlı yeni bir məlumat yoxdur. Cənab prezident dünən bir çox məsələləri açıqladı. Bu da onu açıq şəkildə göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub. Bununla bağlı sərəncamlar imzalandı. Protokol komitələri təsdiq olundu. Onların işə düşməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsində müvafiq işlər gedir.

Prezident həmçinin, manatın devalvasiyasına uyğun olaraq maaşların, pensiyaların, sosial müavinətlərin artırılması proqnozunu verdi. Hesab edirəm ki, bu, bütün növ kateqoriya insanlarına şamil olunacaq.

Yaşayış minimumuna uyğun olaraq pensiya və əmək haqları da artacaq. İlk növbədə bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə aid olacaq. Ona uyğun olaraq özəl sektor da öz maaşlarında müvafiq işlər aparacaqlar. Yaxın vaxtlarda əmək haqlarının artırılması ilə bağlı məsələləri cənab prezidentin ayrı-ayrı sərəncamlarında görəcəyik”.

Deputat prezidentin digər məsələlərlə bağlı çıxışını da dəyərləndirib.

“Heç şübhəsiz ki, prezidentin dünənki çıxışında bir sıra sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. Cənab prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsini, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb”.


Azərbaycanda kimlərin maaş və pensiyaları artacaq? - Açıqlama
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb