Rəis yol polisi ilə bağlı şikayətlərdən danışdı
Iqtisadiyyat
Oxunub: 675
16 yan 2017 | 05:27
Rəis yol polisi ilə bağlı şikayətlərdən danışdı













Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Avtosfer.az xəbər verir ki, iclasda Bakı şəhər DYPİ-nin şöbə və bölmə rəisləri, komandir heyəti və paytaxtın rayon DYP şöbələrinin rəisləri də iştirak edib. Toplantıda çıxış edən Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov ötən il ərzində görülən işlərdən danışıb. Bildirilib ki, il ərzində yol hərəkəti qaydalarını pozan sürücü və piyadaların sayı artıb. Yol qəzalarının sayında isə azalma müşahidə olunub. Bu da qəzalar nəticəsində ölüm və yaralı faktlarının azalmasına gətirib çıxarıb. Qeyd olunub ki, yol qəzalarının 58 faizini piyadavurmalar təşkil edir. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi vacib hesab edilib.

İdarə rəisi yol polisi əməkdaşlarının nizam-intizam qaydalarından danışıraq bildirib ki, daxil olan müraciətlər arasında bu tipli şikayətlər də olur. Araşdırmalar nəticəsində təsdiqini tapan müraciətlərin nəticəsi olaraq DYP əməkdaşları arasında onlarla inspektor cəzalandırılıb, hətta işdən çıxarılanlar da var.

İclasda nöqsanlardan və çatışmazlıqlardan da danışılıb. Qeyd olunub ki, belə hallar yol polisinin nüfuzuna xələl gətirir. Buna görə də, əməkdaşlar xidmət zamanı son dərəcə diqqətli, təmkinli olmalı, qanunvericiliyin tələbinə uyğun hərəkət etməlidir.

Toplantı zamanı bəzi intizamsız sürücülərin yol polisi əməkdaşlarına qarşı kobud davranışından da danışılıb və bu cür hərəkətlər pislənilib. Eyni zamanda, belə sürücülərə qarşı sərt mübarizənin aparılması ilə bağlı tapşırıqlar verilib.
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”