Bakıda yeni ticarət — siqaretlər bahalaşacaq?
Iqtisadiyyat
Oxunub: 700
24 yan 2017 | 06:31
Bakıda yeni ticarət — siqaretlər bahalaşacaq?











Bakıda tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub. Bundan sonra bir çox mağazalarda siqaretlərin satışında problemlər yaranıb. Satıcılar deyirlər ki, əvvəlcədən siqaretləri ala bilmədikləri üçün satışı dayandırıblar.

Siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı - red.) ilə almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların çoxunun nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Bundan istifadə edən bəzi “işbazlar” isə siqaretin qiymətində süni şəkildə bahalaşmalar yaradırlar.

Ekseprtlər isə hesab edirlər ki, bu problemlər müvəqqəti hal daşıyır və yaxın vaxt ərzində öz yoluna düşəcək. İqtisadçi ekspert Samir Əliyev Ölkə.Az-a bildirib ki, əslində tütün məmulatlarının nağdsız ödənişlərlə ticarəti yaxşı haldır. Onun fikrincə, bu zaman qeyri-qanuni dövriyyənin qarşısı alınacaq.

“Məqsəd tütün məmulatlarının uçot sisteminin təkmilləşdirilməsidir. Bu sahədə boşluqlar var. Problemlər hələ də mövcuddur. Mağazalar satış dövriyyəsini gizlədirlər. Bu səbəbdən də nağdsız dövriyyənin artırılması konteksində addımlar atılır. Nağdsiz dövriyyənin artırılmasının əsas səbəbi ölkədə qeyri-rəsmi dövriyyənin aradan qalxması, şəffaflığın artırılması, ümumilkdə maliyyə axınına təsir etməkdir”, - deyə S. Əliyev bildirib.
Ekspertin fikrincə, tütün məmulatlarının nağdsız ödənişlərlə ticarəti siqaretlərin qiymətinə təsir etməyəcək:

“Bu sistemin həyata keçirilməsi zamanı bəzi dükanlar, xüsusilə də kənd yerlərində olan mağazalar siqaretl satışını dayandıra bilərlər. Lakin bununla bərabər həmin obyektlər gizlincə siqaret satışı ilə məşğul ola bilərlər. Bu zaman da siqaretlərin bahalaşması halları da ola bilər. Lakin ümumilikdə bu zaman siqaretlərin bahalaşmasına heç bir səbəb olmayacaq”.

S. Əliyev deyir ki, siqaretlərin çoxu xaricdən gətirildiyi və birbaşa dolların dəyərindən asılı olduğu üçün, manat ucuzlaşdıqca, onların qiyməti də bahalaşacaq.

“Siqaretin bahalaşması davam edəcək. Çünki manat ucuzlaşdıqca, siqaretlər də bahalaşcaq”, - deyə S.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunub. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...