Komitə dəhşətli bahalığı təsdiqlədi: ət, toyuq, yumurta da qalxdı” - Təcili
Iqtisadiyyat
Oxunub: 13 302
25 yan 2017 | 19:58
Komitə dəhşətli bahalığı təsdiqlədi:  ət, toyuq, yumurta da qalxdı” - Təcili













Bahalaşma barədə detallı yazdığımız səhih informasiyalar təsdiqini tapır. Dövlət Statistika Komitəsi ölkəni bürüyən qiymət artımının tam rəqəmlərini açıqlayıb

Bu statistik məlumata keçməzdən qabaq Politika.Az olaraq bildirək ki, artıq ət, toyuq, kənd yumurtasının qiymətində artım qeydə alınıb.

Hazırda sümüklü ət 9, 80 manat, sümüksüz ət 12, 20 manat, toyuq 5, 50 manat civarında, kənd yumurtası isə 30 qəpikdən ucuz deyil.

Bu isə ölkədə yoxsullaşmanı daha da artıracaq, evinə ət və toyuq almaq istəyənlərin sayını kəskin şəkildə azaldacaq. Ölkədə durmadan bahalaşma davam edir. Ölkəyə idxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur.

Mağaza sahiblərinə qeyri-rəsmi tapşırıq gəlib. Onlara göstəriş verilib ki, qiymət artımı sakit və mərhələli şəkildə həyata keçirilsin. Bununla da əhalidə panika və ajiotaj yaranmasın. Nəticə etibarı ilə istehlakçı hər gün mağazaya daxil olanda yeni tariflərlə qarşılaşır.

Politika.Az xəbər verir ki, son bir ildə qida məhsullarının istehsalçı qiymətləri, orta hesabla, 31,6 faiz, içkilərin qiyməti isə 27,5 faiz bahalaşıb.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Siqaret istehsalçıları qiymətə daha çox «əl gəzdiriblər» – 69,5 faiz.

Geyim istehsalçıları il ərzində qiymətləri 11,3 faiz qaldırıblar. Toxuculuq sənayesi müəssisələrində buraxılan məhsulların orta qiymət artımı 13,1 faiz olub. Neft emalı məhsullarının zavod qiyməti 9,7 faiz artırılıb.

Ötən il rezin və plastik kütlədən məmulat buraxan müəssisələr qiymətləri 15,1 faiz, kimya məhsulları istehsalçıları 35,8 faiz, metallurgiya zavodları isə 28 faiz qaldırıblar.

Ötən ilin mayında Azərbaycanda suyun və kanalizasiya xidmətlərinin, dekabrda isə elektrik enerjisinin və təbii qazın tarifləri artırılıb.

DSK-ya görə, su təchizatı və kanalizasiya tarifləri, orta hesabla, 5,1 faiz, elektrik enerjisi və qazın qiyməti 9,3 faiz bahalaşıb. Halbuki əhali üçün su və kanalizasiya tarifi 1 kubmetrə görə 36 qəpikdən 50 qəpiyə (38,8 faiz) yüksəldilib.

Digər istehlakçılar üçün kanalizasiya tarifi 3 dəfədən çox (30 qəpikdən 1 manata) qaldırılıb. Sadəcə, sudan xammal kimi yararlananlar 1 kubmetrə görə 12 manat deyil, 8 manat ödəyirlər.

Elektrik enerjisinin tarifləri iyul ayında 6 qəpikdən 7 qəpiyə, dekabrda isə 11 qəpiyə qaldırıldı. Təbii qazın 2 dəfə qaldırılan qiyməti digər istehlakçılar üçün (əhalidən başqa) dekabrdan ayından qüvvəyə minib.

DSK ötən il kağız və karton zavodlarının, mebel fabriklərinin qiymətlərə toxunmadığını, daş, qum və çınqıl istehsalçılarının isə qiymətləri 1,5 faiz ucuzlaşdırdığını müəyyənləşdirib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO