Manat akula kimi üzür: Elman Rüstəmovun “qara qəpiklik” komisyon fırıldağından faktlar
Iqtisadiyyat
Oxunub: 26 493
26 yan 2017 | 20:05
Manat akula kimi üzür: Elman Rüstəmovun “qara qəpiklik” komisyon fırıldağından faktlar










Mərkəzi Bank sədri Elman Rüstəmov manatın sürətlə üzdüyü və əhalinin gəlirlərinin azaldığı zamanda da xalqı aldadır

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi məlumata görə, Mərkəzi Bank banklara nağd pulu daha baha verir.

Banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artırır. Getdikcə Mərkəzi Bankın banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tarifləri artırılır.

Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Qərarla bağlı olan məktub bütün banklara göndərilib.

Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb.

Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

Politika.Az xəbər verir ki, Mərkəzi Bankın bu qərarı sahibkarlar və vətəndaşlar üçün mənfi haldır. Yəni, əgər indi Elman Rüstəmov banka verdiyi hər 50 manatdan 2,5 qəpik, hər 100 manatdan isə 5 qəpik tuturdusa, bundan sonra müvafiq olaraq 5 və 10 qəpik tutacaq.

Beləliklə, bank sisteminin xərcləri yenə artır. Mərkəzi Bank banklara nağd pulu daha baha verəcəksə, deməli, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artıracaq.

Halbuki, Mərkəzi Bank haqqında Qanunun 4.3-cü maddəsinə əsasən mənfəət götürmək onun əsas məqsədi deyil. Mərkəzi Bankın verdiyi kreditlər üzrə faizdən başqa haqq tutmağa ixtiyarı yoxdur. Başqa sözlə, Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edərək sözügedən tarifləri müəyyən edib tutur.

Hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Çoxsaylı valyuta satan oyunçular olmasa, ölkə ciddi həcmdə valyuta qazana bilməsə, belə vəziyyət uzun zaman davam edəcək.

Bu amili nəzərə alaraq atılan addımı anlamaq mümkündür, amma atılan addım müvəqəti effektə hesablanıb. Bu iqtisadi proses və hesablamalardan çıxan qənaət ondan ibarətdir ki, 2017-ci ildə də dollar 1 manat da bahalaşacaq. Artıq iqtisadçı ekspertlər də bu proqnozu dilə gətirirlər.

Onların hesablamalarına görə sərt-pul kredit siyasəti və manatın tam üzən məzənnəyə keçidi 1 dolların 3 manat olacağını diktə edir. Hökumət və iqtisadi bloka daxil nazirlər, o cümlədən Mərkəzi Bank rəhbərliyi maliyyə siyasətində xarakiri etməyə hazırlaşır.


Manat akula kimi üzür: Elman Rüstəmovun “qara qəpiklik” komisyon fırıldağından faktlar
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...