Üzən devalvasiyadan tələbələrə zərbə: Universitetlər təhsil haqlarını qaldırır - Şok siyahı
Iqtisadiyyat
Oxunub: 3 665
30 yan 2017 | 20:00
Üzən devalvasiyadan tələbələrə zərbə: Universitetlər təhsil haqlarını qaldırır - Şok siyahı















Ölkədə üzən devalvasiya əhalinin sosial həyatını ağırlaşdırır

Dolların sürətlə bahalaşması müxtəlif sahələrdə qiymət artımı ilə nəticələnir.

Gələn son xəbərlərdə bəzi universitetlərdə təhsil haqlarının artırılacağı bildirilir. Sentyabrdan etibarən özəl və dövlət ali məktəblərində təhsil haqlarının tariflərinə baxılacağı deyilir.

Mənbə qeyd edir ki, bir sıra təhsil müəssisələri müəllimlərin əmək haqlarını ödəməkdə, maddi-texniki bazanın saxlanmasında və digər xərclərdə çətinlik çəkir.

Ona görə də rektorlar yuxarı dairələrlə məsləhət-məşvərət aparıb yeni tədris ilindən təhsil haqlarını qaldırmağı planlaşdırır.

Deyilənə görə, təhsil haqlarının artırılması aztəminatlı və kasıb ailələrin büdcəsinə ağır zərbə olacaq. Hazırda valideynlər övladlarının təhsil haqlarını ödəməyə çətinlik çəkir.

Yeni tədris ilində qiymət artımı olacağı halda tələbə adını qazanmış bir çox abituriyentlər məcburiyyət qarşısında ali təhsildən imtina edə bilər. Bu da acınacaqlə bir göstərici kimi qiymətləndirilməlidir.

Politika.Az-a daxil olan məlumata görə, “Odlar Yurdu”, “Bakı Kooperasiya”, “Bakı Avrasiya” və “Bakı Biznes” kimi özəl universitetlər təhsil haqlarını artıra bilər.

Eyni zamanda Dövlət İqtisadi Universiteti, Azərbaycan Texniki Universiteti, Neft Akademiyası, Memarlıq və İnşaat Universiteti, Dövlət Pedaqoji Universiteti də bu addımı atacağı gözlənilir.

Son devalvasiya ilə bağlı ali məktəblərdə təhsil haqlarının yüksəldilməsi barədə söz-söhbətlər gəzir. Ali məktəb rəhbərləri ödənişli təhsil alan tələbələrə güzəşt növləri barədə düşünməlidirlər.

Əhalinin indiki durumu buna imkan vermir. Manatın 1-ci və 2-ci devalvasiyasından əvvəl ali məktəblərdə təhsil haqları kifayət qədər yüksəldilib. Görsənir ki, devalvasiyadan sonra tələbə kreditlərinin reallaşdırılmasında da problemlər olacaq.

Azərbaycan ali məktəbləri 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan dərhal sonra tələbələrə kiçik faizlə təhsil kreditləri verilməli idi. Bu olmadığından tələbələrin təhsil haqlarının ağırlığı valideynlərin üzərinə düşdü.

Çoxsaylı valideynlər təhsil haqlarını ödəmək üçün banklardan yüksək faizlə kreditlər götürdülər. Təhsil haqları yüksəldilsə ödənişli təhsilə maraq azala və bu da ali məktəblərdə yerlərin boş qalmasına səbəb ola bilər.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO