Artım 10-15 milyon dollar olub:Yerdə qalan vəsait hardan yaranıb? - Mərkəzi Bankın növbəti yalanı
Iqtisadiyyat
Oxunub: 39 529
4 fev 2017 | 20:03
Artım 10-15 milyon dollar olub:Yerdə qalan vəsait hardan yaranıb? - Mərkəzi Bankın növbəti yalanı













"Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur"

Bu sözləri iqtisadçı ekspert Samir əliyev deyib.

Ekspert bildirib ki, Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb:

"Məlum olur ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9% artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Əlbəttə uzun fasilədən sonra bir ayda bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi. Xüsusən də manatın tam üzən məzənnəyə keçdiyi elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artdı. Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu".

Bəs onda necə oldu ki, bizim Mərkəzi Bankın ehtiyatları qısa müddətdə bu həcmdə artdı?

Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın xəsisliklə paylaşdığı məlumatlar fonunda bunun səbəbini müəyyənləşdimək çətindir: Yenə də onu tapmağa çalışaq. Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni, onsuz da baş bankımız valyuta satmırdı. Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7%, funt sterlinq isə 1,9% bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15% civarındadır. Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb? Ehtiyatların idarə dilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7% azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir".

Ekspertin fikrincə,yeganə səbəb kimi Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar:

" Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb. Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək" (qaynarinfo.az)
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR