Ölkə böhranın cəngində: Otel, şadlıq evi, fitnes zalı, gözəllik salonunda təkrar bahalaşma - Fakt
Iqtisadiyyat
Oxunub: 10 750
6 fev 2017 | 07:28
Ölkə böhranın cəngində: Otel, şadlıq evi, fitnes zalı, gözəllik salonunda təkrar bahalaşma - Fakt













Azərbaycanda bahalaşma bütün sahələri cənginə alıb. Elə bir obyekt yoxdur ki, tarifləri dəyişməsin

Artıq otellərdə, restoranlarda, şadlıq evlərində, istirahət mərkəzlərində, fitnes-trenajor zallarında, gözəllik salonlarında qiymətlər qaldırılıb.

Məsələn, ətin qiymətinin bahalaşması şadlıq evlərindən də yan keçməyib. Menyulardakı yeməklərin daha çox ət və ət məhsulları ilə hazırlanması restoran sahibləri üçün də müəyyən problemlər yaradıb.

Restoran inzibatçılarının sözlərinə görə, son zamanlar, ümumiyyətlə şadlıq evlərində toy edənlərin sayında azalma var.

Əgər toy qiymətlərində də artımlar olsa, bu zaman onlar tamamilə müştərisiz qala bilərlər. Elə buna görə də müəyyən vasitələrlə qiyməti artırmadan müştəri cəlb etməyə çalışırlar.

Qəssablar isə əgər belə davam edərsə, qiymətlərdə bir qədər də artımın olacağını deyirlər. Belə olan halda restoran qiymətlərinin sonrakı aqibəti necə olacaq, bu, sual altındadır.

Politika.Az-ın verdiyi məlumata görə, elektrik enerjisi və mavi yanacağın qiymətində artım obyektlərə dərhal təsirini göstərib.

Eyni zamanda ərzaq məhsullarının bahalaşması də restoranların, hotellərin işini çətinləşdirib. Onlar məcburi şəkildə qiymət artımına getməli olublar. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur.

Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalıb.

Şadlıq evləri böhran içindədir. Bir tərəfdən iqtisadi vəziyyət toyların kəskin şəkildə azalmasına təsir edib, digər tərəfdən bahalaşma vəziyyəti ağırlaşdırıb.

Habelə, kosmetika məhsullarının qiymətində 50 faiz bahalaşma müşahidə olunur. Bu da işləyən qadınların, evdar xanımların isə həyat yoldaşlarının büdcəsinə böyük zərbədir.

Ərzaq, sərnişindaşınma, dərman və ümumilikdə bütün sahələrdə dəhşətli bahalaşma gedir, ş yerləri bağlanır, maaşlar kəsilir, işsizlər ordusu yaranır.

Ölkə 90-cı illərin ən ağır yoxsul dövrünə qaytarılır. Cəmiyyət panika və ajiotaj içindədir. Çünki işıq və qazın bahalaşması bütün sahələrdə qiymət artımı ilə nəticələnib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO