Mərkəzi Bankın valyuta ehtiyatının sıçrama “sirri” - BU, NƏ QƏDƏR DAVAM EDƏCƏK?
Iqtisadiyyat
Oxunub: 856
6 fev 2017 | 08:55
Mərkəzi Bankın valyuta ehtiyatının sıçrama “sirri” - BU, NƏ QƏDƏR DAVAM EDƏCƏK?












Mərkəzi Bank fevral ayı üçün valyuta ehtiyatlarının həcmini açıqlayıb. Məlum olub ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9% artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Əlbəttə uzun fasilədən sonra bir ayda bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi. Xüsusən də manatın tam üzən məzənnəyə keçdiyi elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artdı. Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu.

Bəs Mərkəzi Bankın ehtiyatlarının qısa müddətdə bu həcmdə artması nə ilə bağlıdır?

BakıPost.az-a açıqlama verən iqtisadçı Samir Əliyev bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur: "Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni, onsuz da baş bankımız valyuta satmırdı.

Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7%, funt sterlinq isə 1,9% bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15% civarındadır. Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait hardan yaranıb? Ehtiyatların idarə dilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6.7% azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir”.

İqtisadçı hesab edir ki, bunun yeganə səbəbi Neft Fondunun "makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürməsidir: "Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb”.

Samir Əliyev qeyd edib ki, Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq: "Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq”.
İqtisadçı vurğulayıb ki, növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb