“Möcüzə”, “Final”, “Sloboda” yağı kəllə-çarxa çıxdı: “Cənab prezident, batırıq” - Qiymətlər
Iqtisadiyyat
Oxunub: 3 733
7 fev 2017 | 05:39
“Möcüzə”, “Final”, “Sloboda” yağı kəllə-çarxa çıxdı: “Cənab prezident, batırıq” - Qiymətlər














Ölkədə bahalaşma işıq sürəti ilə gedir. Gündəlik tələbat mallarının qiymətində fantastik irəliləyişlər var. Bu da əhalinin imkanlarını məhdudlaşdırır

“Azərsun holdinq”in istehsalı olan “Möcüzə”, “Final” günəbaxan və qarğıdalı yağları kəllə-çarxa qalxıb. Paralel olaraq Rusiyadan gələn “Sloboda” yağının da qiyməti artıb.

Hazırda “Möcüzə” 4 manatdır, “Sloboda”nın 2 litrliyi isə əvvəl 6 manat, 70 qəpik idisə, indi 7 manat, 70 qəpik olub Rəsmən 1 manat bahalaşma gedib.

”Möcüzə” yağları isə 3, 40 manatdan 4 manata çatıb və daha da artacağı qaçılmazdır. İstehsalçılar bahalaşmanı gömrük rüsumu və dollarla əlaqələndirir.

İstehlakçılar da öz növbəsində hər gün yeni qiymətlərlə tanış olur. “Azərsun holdinq” hiylə işlədir və qiymət artımına mərhələli şəkildə gedir. Bu da ajiotajın qarşısını almağa hesablanıb.

Eyni zamanda “Miad” yağı bahalaşıb - 12 manat, 90 qəpiyə satılır. “Sloboda” ilə yanaşı bazara çıxarılan Rusiya istehsalı olan yağların da qiymətlərində artım müşahidə olunur. Alıcılar cibinə münasib qiymətə yağ tapa bilmir.

Əməkdaşımız mağazalarda apardığı müşahidələr zamanı alıcıların narazılığının şahidi olub: “Hər gün nəsə bahalaşır. Buna pul çatdırmaq olarmı? Adam dükana girməyə qorxur.

Elə şeylər var ki, hər gün istifadə olunur İmkan varsa saytınız vasitəsi ilə cənab prezidentə çatdırın ki, rəsmən batırıq. Yağ, çay, pesok, makaron tez-tez istifadə edilən mallardır. Bu malların qiymətini tənzimləmək lazımdır. Bu gedişlə qırılacaq camaat”,-deyə paytaxt sakini Firuzə Əliyeva bildirib.

Politika.Az-ın əməkdaşının verdiyi məlumata görə, inflyasiya kosmik sürətlə gedir. Azərbaycan bahalaşma və inflyasiya qarşısında diz çökdü. Ölkə iqtisadiyyatı son il yarım ərzində böhrana təslim oldu.

Kənd təsərrüfatı məhsullarının qiymətində qeydə alınan artım isə əhalinin ehtiyaclarını çoxaltdı. Bu gün heç də hər ailənin soyuducunda ət, toyuq və s. məhsulları yoxdur.

O deməkdir ki, 2011-2012-ci illərlə müqayisədə əhalinin sosial vəziyyəti beş dəfə pisləşib. İnsanlar toya getməyə, təhsil haqlarını ödəməyə, kommunal ödənişləri verməyə imkan tapmır.

Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Azərbaycanın 2008-2013-cü illərdəki iqtisadi inkişaf tempi sürətlə üzüaşağı gedir.

Gələn məlumatlarda bildirilir ki, əksər dükanların nisyə dəftərləri dolub-daşır: kimisi çörək, kimisi makaron, kimisi qənd, çay, yağ pulu borcludur.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE