Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb - ŞOK rəqəmlər
Iqtisadiyyat
Oxunub: 89 488
10 fev 2017 | 08:57
Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb - ŞOK rəqəmlər












"Ötən il Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub”

Politika.Az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

O bildirib ki, 2015-ci ildə ARDNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib: "Göründüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə ARDNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb. Bunun başlıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub.

Göründüyü kimi, neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib.

Nəzərə alsaq ki, ötən il ARDNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub. Bir sözlə manatla xərclənib. Belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlaşması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da, milli valyutanın devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən il 9,4 milyard manatlıq büdcə gəlirlərinə malik olan ARDNF-nin xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam etəcəyi real görünməsə də, yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından asıldır”.

İqtisadçı qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan ARDNF-nin maraqlarına birbaşa xidmətdədir: "Onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir. Əks təqdirdə cari il üçün Dövlət Neft Fondunun büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər. Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa, onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, ARDNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq. Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək”.
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 12:21
Azərbaycana yaz gəlir
Dünən, 12:16
Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!
Dünən, 12:11
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 10:10
Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
Dünən, 09:27
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
Dünən, 09:18
NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir
Dünən, 09:00
Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
16-03-2024, 10:49
Bakıda yeni hava limanı tikilir - VİDEO
16-03-2024, 10:41
Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO
16-03-2024, 10:00
İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU
16-03-2024, 09:19
Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA
16-03-2024, 09:00
“II Napoleon” Rusiyaya daha bir savaş açır: Kreml Avropanı dağıtmaq bəhanəsi qazanır
15-03-2024, 16:00
Arda Turandan "Qarabağ" paylaşımı - FOTO
15-03-2024, 15:30
Martın 16-na gözlənilən hava proqnozu