"Dollar sürətlə ucuzlaşır - Manat bahalaşır"
Iqtisadiyyat
Oxunub: 11 244
13 fev 2017 | 09:00
"Dollar sürətlə ucuzlaşır - Manat bahalaşır"











İqtisadçı ekspert Samir Əliyev "qara bazar” da dolların ucuzlaşması və manatın bahalaşacağı barədə yayılan xəbərlərə münasibət bildirib

S.Əliyev açıqlamasında qeyd edib ki, bu gün valyuta bazarında baş verən prosesi heç də normal hal qəbul etmir: "Çünki manatın bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. İxrac artmayıb, Neft Fondu valyuta hərracında dollar təklifini artırmayıb. Əksinə, dollar təklifi 35 milyona düşüb. İdxal prosesi kəskin azalmayıb. Dünya bazarında dollar kəskin ucuzlaşmayıb. Tədiyyə balansında müsbət saldo yaranmayıb. Bütün bunlar onu göstərir ki, baş verənlər spekulyasiyadır.

Manat kütləsi yanvarda təxminən 6 faiz azalıb. Təxminən bu da 600 milyon manat deməkdir. Bu gün faktiki olaraq manat satılmır ki, banklar gedib dollar alsınlar. Büdcədə sosial xərclər itsisna olmaqla digər sahələrə yanvar-fevral aylarında vəsait ayrılmır. Ona görə də bu gün dollara təlabat yoxdur.

Ölkədə hazırda manat qıtlığı var. Manat daha çox şirkətlərin hesabına yönəldilir. Çünki bankın müştərisi qarşısında öhdəliyi var. Manat qıt olduğuna görə də banklar alış kursunu çox faizlə aşağı salıblar. Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 10 faizlik fərq yaranıb. Hazırda banklar kredit verib pul qazana bilmədiklərinə görə dolların alışından pul qazanırlar”.

İqtisadçı hesab edir ki, bu spekulyasiyanın qarşısı Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən alınmalıdır: "4 faizlik marjanın ləğvindən sonra bu məsələlər yarandı. Elə bank var ki, bundan 15 faiz gəlir əldə edir. Bu çox təhlükəli rəqəmdir. Gözləntim odur ki, bu həftədən başlayaraq müəyyən qədər proseslər doların xeyrinə dəyişməyə gedəcək. Manatın kəskin bahalaşması prosesi olmayacaq və mən 1.30 həddini real saymıram”. (Qafqazinfo)
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO