Maaşlarla bağlı bəd xəbər
Iqtisadiyyat
Oxunub: 1 437
21 fev 2017 | 09:11
Maaşlarla bağlı bəd xəbər











“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb

Big.az xəbər verir ki, bundan narazı olan məcburi köçkünlər Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.

Etirazçılar bildirir ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əmək haqqı verilib. Amma indi həmin ödənişlərin verilməsi dayandırılıb.

Bu barədə “Bizim Yol”a Zəngilan rayonundan məcburi köçkün, ibtidai sinif müəlliməsi İsmayılova Kübra Heydərqulu qızı bildirib.

“Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əmək haqqı verilməlidir. Biz Baş nazirinin müavini, «Qaçqınkom» sədri Əli Həsənov qəbul edib, bizə vəd verdi. Amma vədinə əməl etmədi, bizi aldatdı. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əmək haqqı daha verilməyəcək. Yəni, bizə gedin ölün dedilər. Biz də gəlmişik ki bizi yığıb dənizə töksünlər”,-deyə K.İsmayılova bildirdi.

Onun sözlərinə görə, illər öncə açıqlanan məlumatda bildirilirdi ki, Qarabağ müharibə nəticəsində işğal altında olan rayonlar da 300 minə yaxın iş yerləri itirilib: “Nəticədə büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib.

Sizə deyim ki, onların çoxu hazırda dərddən, problemdən vaxtından tez həyatdan köçməli oldular. Büdcədə az pul olanda bizə dondurulmuş əmək haqqı verilirdi, indi milyonlar var bizə pul vermirlər. Üstəlik, kommunal haqqı tələb edirlər bizdən. İdman yarışları keçirməyə isə pul tapırlar”.

Etirazçıların heç biri dövlət qurumu tərəfindən qəbul edilməyib. Bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nöömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...