Bəzi məhsulların bahalaşması ilə bağlı nazirdən - AÇIQLAMA
Iqtisadiyyat
Oxunub: 643
19 mar 2017 | 16:08
Bəzi məhsulların bahalaşması ilə bağlı nazirdən - AÇIQLAMA













Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.

Metbuat.az qeyd edir ki, nazirin sözlərinə görə, qiymətin formalaşmasına müxtəlif aspektlərdən yanaşmaq lazımdır: “Bütün məhsulların, əmtəələrin qiyməti digərlərinə nisbətən formalaşır. Hansısa məhsul satılarsa, onun müqabilində digər əmtəənin alınması nəzərdə tutulur. Yadınızdadırsa, manatın devalvasiyasından qabaq ətin qiyməti 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. Düzdür, bəzi kütləvi informasiya vasitələri bunu çox şişirdir və iddia edir ki, ətin qiyməti 10-19 manatdır. Populizmə yol vermək olmaz. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır. Amma siz deyə bilərsiniz ki, ət yerli istehsal olan məhsuldur və bu səbəbdən qiymət sabit qalmalıdır. Mən bununla razı deyiləm. Bir daha qeyd edirəm ki, bütün istehsal olunan məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçündür. Yəni onun qarşılığında digər malların alınması üçün istehsal olunur. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım yoxdur”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, mətbuat ancaq bahalaşmanı işıqlandırır, amma bir sıra məhsulların ucuzlaşmasına göz yumur: “Siz hər dəfə ətin bahalaşması ilə bağlı azı 5 sual verirsiniz. Lakin kartofun ucuzlaşmasına toxunan yoxdur. Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1 - 1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1 - 1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır. Çox maraqlı yanaşmadır. Mətbuat rəqəmləri, informasiyanı, tendensiyanı dolğun, ətraflı təqdim etməlidir. Bir daha qeyd edirəm ki, məhsulların qiymətinə bir çox amillər təsir edir. Bəzi məhsullar bahalaşır, lakiт bəzi məhsullar ucuzlaşır. Amma nədənsə jurnalistlər ancaq bahalaşmanı görür”.

Son zamanlar manatın bahalaşmasının qiymətlərə müsbət təsiri barədə suala isə nazir bu cür cavab verib: “Hələlik manat vur-tut 3-5% bahalaşıb. Yəqin ki, bir müddət sonra bunun təsiri barədə real nəticələri görəcəyik”.

H. Əsədov onu da qeyd edib ki, ətin bahalaşmasına təsir edən amillərdən biri də bayramqabağı tələbatın artmasıdır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR