"Azərsun" qiymətləri artırıb: Apreldə bahalaşma daha da sürətlənəcək
Iqtisadiyyat
Oxunub: 1 418
29 mar 2017 | 14:49
"Azərsun" qiymətləri artırıb: Apreldə bahalaşma daha da sürətlənəcək













Son vaxtlar manatın sabitləşməsi ilə qiymətlərin tarazlaşacağı gündəmə gəlsə də bu sahədə hər hansı dəyişiklik yoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar- fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12,5 faiz artıb. Halbuki, ötən ilin müvafiq dövründə əvvəlki illə müqayisədə qiymətlərin ümumi səviyyəsində11,7 faiz artım qeyd alınmışdı.Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri, 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,4 faiz bahalaşıb.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, bu ilin ilk 2 ayında ərzaq məshulları səbətində ən çox bahalaşmaya məruz qalan meyvələr (20,2 faiz), ət məhsulları (19,7 faiz) və qənd, cem, bal, şokolad və konfetlər (17,6 faiz) olub. Qeyri-ərzaq məhsullarına gəlincə, onlardan parçalar (22,6 faiz), ayaqqabı (20,1 faiz) və geyim (18,7 faiz) daha çox bahalaşmaya məruz qalıb:

“Xidmət səbətində ən çox bahalaşma kanalzasiya xidmətlərində (250 faiz), elektrik enerjisi təchizatında (33,3 faiz) qeydə alınıb. Çox güman ki, təbii qaz təchizatında bahalaşma cari aydan etibarən başlayacaq və bu da son nəticədə xidmət bölməsində inflyasiyanı daha da yüksəldəcək. Bu ilin ilk 2 ayının nətciələrinə istinadən demək olar ki, manatın məzənnəsində "sabitlik" müşahidə olunsa da bu qiymətlərin artımını dayandırmadı, əksinə, göründüyü kimi qiymətlər daha sürətlə bahalaşmaqdadır. Düzdür, burda mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları mühüm rol oynayıb. Amma eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar - istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan "Azərsun" şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb. Digər tərəfdən də idxal mallarının strukturuna baxsaq görərik ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb. Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir”.

Ekspert vurğulayıb ki, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adı çəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabiliyyətində deyil:

“Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalını artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur. Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək, qiymətlər üzərində stastistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?