1843 ailə yeni mənzillə təmin ediləcək - FOTOLAR
Iqtisadiyyat
Oxunub: 698
8 apr 2017 | 12:10
1843 ailə yeni mənzillə təmin ediləcək - FOTOLAR















Ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

"Xəzər Xəbər" məlumatına görə, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublıkasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulub.

Qeyd olunub ki, 72 mənzildən ibarət olacaq ikibloklu 9 mərtəbəli yaşayış binasının artıq 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi inşa olunur. İş qrafikinə uyğun olaraq hər iki obyektin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır.

Ümumilikdə qanunvericilikdə nəzərdə tutulmuş dövlət ekspertiza və tender prosedurları başa çatdırılaraq, hazırda isə 16 yaşayış binasının tikintisinə və elektrik xətlərinin çəkilməsinə başlanılıb.

Aprel ayı ərzində daha 7 binanın tikintisi, su və kanalizasiya sisteminin qurulması işləri ilə əlaqədar tender prosedurları yekunlaşacaq və tikintiyə start veriləcək.

Ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq.

Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəlidir. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailə yeni mənzillə təmin ediləcək.Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Eyni zamanda, Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı gələcək sakinlərinin yüksək yaşayış keyfiyyətini və gündəlik həyatda rahatlığını təmin etmək məqsədilə sosial-məişət infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılıb.

Belə ki, ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilməsi nəzərdə tutulur.

Bununla yanaşı, qanunvericiliyin tələblərinə və şəhərsalma normalarına əsasən, Yasamal Yaşayış Kompleksinin tikinti sahəsi ümumi ərazinin təqribən 25%-ni təşkil edəcək.

Ərazinin 75%-ə yaxın hissəsi həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, stadion, nəqliyyat və piyadaların hərəkətinin təşkili üçün istifadə olunacaq.

Eyni zamanda, kompleks ərazisinin yaxınlığında şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonasının mövcudluğu da bu ərazidə sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitin təmin olunmasına müsbət təsir edəcək amillərdəndir.


1843 ailə yeni mənzillə təmin ediləcək - FOTOLAR

1843 ailə yeni mənzillə təmin ediləcək - FOTOLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...