Prezidentdən sərt xəbərdarlıq: marketlərdə reydlər başlanır - Təcili
Iqtisadiyyat
Oxunub: 40 451
11 apr 2017 | 00:58
Prezidentdən sərt xəbərdarlıq: marketlərdə reydlər başlanır - Təcili














Manatın dollara qarşı möhkəmlənməsi bazarlarda qiymətlərin ucuzlaşmasına dəlalət edir. Reallıq isə ondan ibarətdir ki, marketlərdə, bazarlarda ucuzlaşma müşahidə olunmur Ulus.Az xəbər verir ki, artıq İqtisadiyyat Nazirliyi hərəkətə keçib. Prezidentin çıxışından sonra reydlər başlanır. “Süni qiymət artımına yol verilməməlidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. Dövlətimizin başçısı qeyd edib ki, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var: “Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq. Önəmli məsələlərdən biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi möhkəmləndirməliyik. Süni qiymət artımına yol verilməməlidir. İstehlak qiymətlərinə daim diqqət göstərilməlidir, bu, nəzarət altında olmalıdır. Hesab edirəm ki, bütövlükdə makroiqtisadi sabitlik baxımından 2017-ci il əvvəlki illərlə müqayisədə daha uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar var. Bu istiqamətdə düşünülmüş və çox çevik siyasət aparılmalıdır”. Ulus.Az xəbər verir ki, nazirliyin reydi zamanı da qiymətlərin tənzimlənməsi istiqamətində real addımlar atıla bilər. Novruz bayramından sonra qiymət artımının səngiməsi gözlənilsə də, bu baş vermədi. Xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarında qiymət artımı davam edir. Hazırda gündəmin əsas mövzularından biri xaricdən idxal olunan bananın 4 manatdan baha satılmasıdır. Normal günlər 2.50 manata satılan, bayram ərəfəsində 3 manata kimi bahalaşan bananın kiloqramı hazırda 4 manatın üzərindədir. Hələlik Azərbaycanda bazarlar faktiki olaraq valyuta məzənnəsində baş verən dəyişiklikləri qiymətləndirə bilməyib. Çünki həm administrativ qaydada bu qiymətləndirməyə müdaxilələr oldu. Amma hazırda müşahidə olunan təsir alıcılıq gücünün azalmasıdır. Ola bilsin ki, kənd təsərrüfatı məhsullarının bir qismində mövsümi olaraq qiymətlərin bahalaşması prosesi baş versin. Çünki ehtiyat olaraq yığılmış kənd təsərrüfatı məhsullarının bir hissəsi bayram ərəfəsində satıldı. Məhz bu səbəbdən də ola bilsin ki, bu məhsulların satışında azalma baş verib. Reportyor.tv
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ